• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

MM Azərbaycanla Somali arasında diplomatik pasport sahiblərinin vizadan azad edilməsi sazişini ratifikasiya edib

30-12-2025, 14:00 | Baxılıb: 278
“MM Azərbaycanla Somali arasında diplomatik pasport sahiblərinin vizadan azad edilməsi sazişini ratifikasiya edib

Milli Məclis Azərbaycanla Somali arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi barədə sazişi ratifikasiya edib.

Diaspor.info xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanmış Azərbaycan hökuməti ilə Somali hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş iki dövlət arasında diplomatik münasibətlərin inkişaf etdirilməsi və rəsmi səfərlərin sadələşdirilməsi məqsədi daşıyır.

Sazişə əsasən, tərəflərin etibarlı diplomatik pasportlara malik vətəndaşları digər tərəfin ərazisinə daxil olmaq, oradan çıxmaq və tranzit keçmək üçün vizadan azad edilir və hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə həmin ərazidə qala bilərlər. Qalmanın 90 gündən artıq olması hallarında qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraq viza və müvafiq icazənin alınması tələb olunur.

Saziş diplomatik nümayəndəliklərdə, konsulluqlarda və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik pasport sahiblərinin və onların ailə üzvlərinin hüquqi statusunu tənzimləyir, habelə diplomatik pasportların itirilməsi və ya dəyişdirilməsi hallarında qarşılıqlı məlumatlandırma və yeni səyahət sənədlərinin verilməsi mexanizmini müəyyən edir.

Bununla yanaşı, Saziş milli təhlükəsizlik, ictimai asayiş və ictimai sağlamlığın qorunması məqsədilə tərəflərin öz qanunvericiliklərinə uyğun olaraq ölkəyə giriş, qalma müddəti və arzuolunmaz şəxslərlə bağlı tədbirlər görmək hüququnu saxlayır.

Saziş tərəflərin müvafiq dövlətdaxili prosedurlarının tamamlanmasını təsdiq edən son yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdə doxsanıncı gündə qüvvəyə minir, 5 il müddətinə bağlanır və avtomatik olaraq növbəti beş illik dövrlər üçün uzadılır.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.скачать dle 10.6фильмы бесплатно


278

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.