• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan qələbəyə dünyanın bir nömrəli ofisində siyasi möhür vurub

6-01-2026, 13:00 | Baxılıb: 174
“Azərbaycan qələbəyə dünyanın bir nömrəli ofisində siyasi möhür vurub

“Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik”. Bu sözləri ötən gün yerli kanallara müsahibə verərkən ölkə başçısı səsləndirib. Prezidentin səsləndirdiyi fikirlər həm ötən ilin mənzərəsini, həm də Azərbaycanın yeni geosiyasi mərhələyə keçidini təsdiqləyir.

Otuz ildən artıq davam edən münaqişə dövrünün başa çatması Azərbaycan üçün təkcə hərbi qələbə kimi deyil, həm də strateji və diplomatik qələbənin başlanğıcı kimi qiymətləndirilə bilər. Dövlət başçısının vurğuladığı kimi:
“Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq”.

Artıq sülh və əmin-amanlıq şəraitində yaşayan Azərbaycanda daxili sabitliyin möhkəmlənməsi, təhlükəsizliyin təmin olunması və iqtisadi perspektivlərin genişlənməsi sülh dövrünün əsas reallıqlarıdır. Ölkə başçısının fikirlərindən aydın olur ki, sülh təkcə hərbi risklərin aradan qalxması deyil, eyni zamanda iqtisadi planlamada, dövlətin daxili və xarici siyasətində mühüm rol oynayan amildir.

2025-ci il Azərbaycan–Amerika münasibətlərinin yeni mərhələyə qədəm qoyması baxımından beynəlxalq siyasətdə xüsusi əhəmiyyət daşıyır. 907-ci düzəlişin faktiki olaraq gündəlikdən çıxarılması Azərbaycanın regional güc kimi qəbul olunmasının və ABŞ kimi nüfuzlu aktor üçün strateji tərəfdaş statusu qazanmasının göstəricisidir. Prezident Tramp administrasiyasının praqmatik yanaşması Bakı ilə Vaşinqton arasında əməkdaşlığı ideoloji maneələr üzərindən deyil, qarşılıqlı maraqlar müstəvisində formalaşdırır. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq səviyyədə formalaşan ümumi razılıq Azərbaycanın regional nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində mövqelərini daha da möhkəmləndirir. Ermənistanla normallaşma prosesi çərçivəsində Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması artıq qaçılmaz görünür. Prezident Trampın bu prosesdə şahid qismində iştirakı isə sənədlərin beynəlxalq əhəmiyyətini daha da artırır.

Ölkə başçısı müsahibəsində vurğuladı ki, Azərbaycanın xarici siyasəti artıq regional çərçivələri aşaraq qlobal miqyasda sistemli və çoxşaxəli xarakter alıb. Çinlə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvlüyü, Xankəndidə keçirilmiş ECO Zirvə Görüşü, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü onu deməyə əsas verir ki, ölkəmiz “canlı körpü” rolunu artıq yalnız nəzəri deyil, praktik müstəvidə də icra edir. İnkişaf etmiş ölkələrlə tərəfdaşlıq, nüfuzlu beynəlxalq təşkilatlara üzvlük, işğaldan azad edilmiş şəhərlərdə beynəlxalq tədbirlərin təşkili Azərbaycanın yeni geosiyasi statusunu formalaşdırır. Artıq Azərbaycan hadisələrin gedişatına uyğunlaşan deyil, proseslərə təsir göstərən ölkə kimi çıxış edir.Unutmayaq ki, 2025-ci il Azərbaycan üçün yeni siyasi reallıqların formalaşdığı mühüm mərhələ oldu. Ölkənin artan beynəlxalq nüfuzu, sülh gündəliyinin ön plana çıxması və strateji təşəbbüslərin genişlənməsi qarşıdakı illər üçün də davamlı inkişafın əsasını qoyaraq Azərbaycan dövlətçiliyinin tarixində əlamətdar mərhələ kimi yadda qalacaq.

Ölkə başçısının təkcə bu müsahibəsində onlarla mühüm tezis yer alır. Məlumatlar dolğun, istiqamətlər müxtəlif, cavablar isə əhatəlidir. Hətta jurnalistlərin bir-birini təkrarlayan suallarına belə hər dəfə fərqli və daha dərin cavablar verən Prezident bir daha göstərdi ki, sözlə əməl üst-üstə düşür.

Bəs biz, jurnalistlər üçün bu müsahibədən hansı nəticə çıxır? Əlbəttə ki, əsas vəzifəmiz bu tezisləri düzgün təhlil etmək, onları obyektiv şəkildə ictimaiyyətə çatdırmaq və bu işə formal prinsip deyil, peşəkar əqidə ilə yanaşmaqdır.

Qoy həmişə Günəş olsun!

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoruскачать dle 10.6фильмы бесплатно


174

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.