• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan vətəndaşları məsuliyyətə cəlb olunub

3-02-2026, 09:00 | Baxılıb: 166
“Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan vətəndaşları məsuliyyətə cəlb olunub

Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak edən Azərbaycan vətəndaşları məsuliyyətə cəlb olunublar.

Bu barədə Diaspor.info-ya Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib.

Bildirilib ki, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunmaları istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Əldə olunan məlumatlara əsasən, ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan vətəndaşı iştirak edərək həlak olub, itkin düşüb və ya yaralanıb, bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsbit edilib.

Aparılan araşdırmalarla Azərbaycan vətəndaşları - 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən, həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycanda cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanunauyğun şəkildə təmin ediləcək", - DTX-nin məlumatında bildirilib.скачать dle 10.6фильмы бесплатно


166

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.