• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qlobal humanizm və dövlətçilik fəlsəfəsi: İlham Əliyevin liderlik modeli

10-02-2026, 10:30 | Baxılıb: 121
“Qlobal humanizm və dövlətçilik fəlsəfəsi: İlham Əliyevin liderlik modeli

Müasir beynəlxalq münasibətlər sistemində liderlik anlayışı artıq yalnız siyasi hakimiyyətin icrası ilə məhdudlaşmır. Bu anlayış dəyərlərin təşviqi, inklüziv cəmiyyətlərin qurulması və davamlı inkişaf strategiyalarının formalaşdırılması ilə ölçülür. Bu baxımdan “Zayed İnsan Qardaşlığı Mükafatı” qlobal miqyasda sülhün, tolerantlığın və humanist dəyərlərin təşviqinə verilən yüksək qiymətin rəmzi kimi çıxış edir.

4 fevral 2026-cı il tarixdə Əbu-Dabidə keçirilən təqdimolunma mərasimində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çıxışı bu dəyərlərin mahiyyətini və onların dövlətçilik fəlsəfəsində tutduğu mühüm yeri aydın şəkildə ifadə etmişdir.

Cənab Prezident İlham Əliyev çıxışında qeyd etmişdir: “Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir. İlk növbədə, bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün xüsusi qürurdur. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir.”

Bu fikirlər liderliyin tarixi irs, strateji baxış və humanist dəyərlərlə vəhdət təşkil etdiyini nümayiş etdirir. BƏƏ-nin banisi Şeyx Zayed müasir dövlət quruculuğunda uzaqgörən liderliyin klassik nümunələrindən biri kimi qəbul edilir. Onun rəhbərliyi altında formalaşan inkişaf modeli təbii resurslardan səmərəli istifadə, insan kapitalına yatırımlar və mədəni-dini tolerantlığın institusionallaşdırılması prinsiplərinə əsaslanmışdır.

Şeyx Zayedin əsas ideyalarından biri sosial rifahın yalnız iqtisadi artımla deyil, eyni zamanda cəmiyyət daxilində harmoniya və qarşılıqlı hörmətin təmin edilməsi ilə mümkün olması idi. Məhz bu yanaşma BƏƏ-nin qısa zaman kəsiyində regional aktordan qlobal iqtisadi və diplomatik mərkəzə çevrilməsinə imkan yaratmışdır. Ənənə ilə müasirliyin sintezi, dövlət idarəçiliyində şəffaflıq və strateji planlaşdırma Şeyx Zayed modelinin əsas sütunları kimi çıxış edir. Elə bu səbəbdən onun adını daşıyan mükafat beynəlxalq miqyasda insan qardaşlığı ideyasının simvoluna çevrilmişdir.Şeyx Zayedin siyasi və mənəvi irsi bu gün BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyə tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev çıxışında bu davamlılığı xüsusi vurğulayaraq qeyd etmişdir ki, Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini uğurla davam etdirir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə sadiq qalmaqla yanaşı, gələcəyə inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan cəmiyyətin formalaşdırılması baxımından bir çox ölkələr üçün nümunədir. Bu qiymətləndirmə BƏƏ-nin müasir inkişaf modelinin ardıcıl və strateji xarakter daşıdığını göstərir.

Bu gün fəxrlə qeyd etmək olar ki, Cənab Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi milli dəyərlərə sadiqliyi qorumaqla yanaşı, innovasiya, texnologiya və yaşıl iqtisadiyyat sahələrində qabaqcıl təşəbbüslərlə müşayiət olunur. Bu yanaşma müasir dövlət idarəçiliyində davamlı inkişafın təmin edilməsinin real nümunəsidir. Prezident İlham Əliyevin düşünülmüş və balanslaşdırılmış strategiyası sübut edir ki, milli identikliyin qorunması qlobal inteqrasiyaya maneə deyil, əksinə, bu iki istiqamətin harmoniyası dövlətin uzunmüddətli dayanıqlığını daha da möhkəmləndirir. Onun rəhbərliyi altında multikultural dəyərlərə əsaslanan, sülh və əmin-amanlıq şəraitində yaşayan cəmiyyət modeli formalaşdırılmışdır ki, bu da beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

Azərbaycanın müasir dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin rolu fundamental əhəmiyyət daşıyır. Onun rəhbərliyi ilə formalaşan siyasi kurs dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi institutların qurulması və milli maraqlara əsaslanan balanslaşdırılmış xarici siyasət strategiyası üzərində qurulmuşdur. “Heydər Əliyev modeli” kimi tanınan bu yanaşma güclü dövlət, sosial rifah və milli həmrəyliyin vəhdətini ifadə edir.

Ulu Öndər Heydər Əliyevin əsas prinsiplərindən biri dövlətçilik ənənələrinin qorunması ilə yanaşı, müasirləşmənin mərhələli şəkildə təşviqi idi. Bu yanaşma postsovet məkanında transformasiya proseslərinin mürəkkəbliyini nəzərə alaraq, institusional islahatlar yolu ilə həyata keçirilmişdir. Bu gün Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, müasir Azərbaycanın qurucusu və memarı kimi çıxış edir. Onun rəhbərliyi altında Azərbaycan dövlət suverenliyini möhkəmləndirmiş, ərazi bütövlüyünü təmin etmiş və güclü, müasirləşən dövlət modelini formalaşdırmışdır.

Bu mənada Prezident İlham Əliyevin siyasi fəaliyyəti Heydər Əliyev dövlətçilik fəlsəfəsinin XXI əsr reallıqları şəraitində davamı və inkişafı kimi səciyyələndirilir. Dövlət idarəçiliyində innovativ yanaşmaların tətbiqi, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın gücləndirilməsi və multikultural dəyərlərin qorunması Prezident İlham Əliyevin modernləşmə strategiyasının əsas sütunlarını təşkil edir. İnsan kapitalı, sosial ədalət və tolerantlıq bu strategiyanın prioritet istiqamətləri kimi müəyyən edilmişdir.

Şeyx Zayed–Şeyx Məhəmməd xətti ilə Heydər Əliyev–İlham Əliyev xətti arasında mühüm oxşarlıqlar mövcuddur. Hər iki modeldə siyasi davamlılıq, milli maraqlara əsaslanan praqmatik siyasət və modernləşmənin mərhələli şəkildə həyata keçirilməsi əsas prinsip kimi çıxış edir. Bu yanaşmalar dövlətlərin daxili sabitliyini möhkəmləndirir və onların beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Bu baxımdan qeyd etmək olar ki, hər iki model “davamlı liderlik” anlayışının praktik təzahürüdür. Davamlı liderlik yalnız fərdi siyasi iradə deyil, eyni zamanda institusional yaddaşın qorunması və nəsillərarası ötürülməsi ilə xarakterizə olunur.“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Cənab Prezident İlham Əliyevə təqdim edilməsi təkcə fərdi liderliyə verilən qiymət deyil, həm də Azərbaycan dövlətçiliyinin humanist dəyərlər üzərində qurulan inkişaf modelinin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. Şeyx Zayed irsi və BƏƏ-nin müasir inkişaf modeli ilə Azərbaycanın modernləşmə yolu arasında mövcud olan ideoloji paralellər qlobal miqyasda sülhün, əməkdaşlığın və davamlı inkişafın təşviqi baxımından mühüm mesajlar verir.

Beləliklə, həm BƏƏ, həm də Azərbaycan təcrübəsi sübut edir ki, tarixi köklərə söykənən, lakin gələcəyə yönəlmiş liderlik modelləri XXI əsrin mürəkkəb çağırışlarına cavab vermək üçün ən səmərəli və dayanıqlı yollardan biridir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Vüsal Məmmədzadəскачать dle 10.6фильмы бесплатно


121

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.