• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Moldovanın nüfuzlu portalı Azərbaycan Prezidentinin müsahibəsinə geniş yer ayırıb

16-02-2026, 09:30 | Baxılıb: 150
“Moldovanın nüfuzlu portalı Azərbaycan Prezidentinin müsahibəsinə geniş yer ayırıb

Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “France 24” telekanalına müsahibəsinə dair məqalə dərc edib.

Diaspor.info xəbər verir ki, məqalədə dövlətimizin başçısının Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə dair fikirlərinə geniş yer verilib.

Prezident İlham Əliyevə istinadla yazılır ki, Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tarixi bir sənəd imzalaması münaqişənin bitdiyini göstərir və tərəflər sülh dövrünə qədəm qoyublar. O vaxtdan altı aydan çox vaxt keçib və Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Azərbaycan həmçinin Ermənistanı çox vacib neft məhsulları ilə təchiz etməyə başlayıb.

Məqalədə daha sonra dövlətimizin başçısının fikirlərinə istinadla qeyd edilir ki, yekun sülh müqaviləsi imzalanmadan əvvəl müəyyən rəsmiyyətlər yerinə yetirilməlidir. Azərbaycanın Qarabağ bölgəsinə ərazi iddiaları ilə bağlı ifadənin aradan qaldırılması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməlidir. Münasibətlərin normallaşdırılması ilə rəsmi sülh müqaviləsi ayrılmalıdır, çünki normallaşma artıq baş verir və bütün müsbət irəliləyişlər buna işarə edir. Lakin, çoxdan, Qarabağın işğalı zamanı qəbul edilmiş Ermənistanın İstiqlaliyyət Bəyannaməsinə istinad var və orada Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistanın birləşməli olduğu bildirilən bənd var. Bu, Azərbaycana qarşı ərazi iddiasıdır və dəyişdirilməlidir.

“Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq”, - məqalədə dövlətimizin başçısının sitatları yer alıb.скачать dle 10.6фильмы бесплатно


150

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.