• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Nyu Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib

25-02-2026, 19:00 | Baxılıb: 169
“Nyu Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib

Nyu Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib
Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-nin Nyu York şəhərində Xocalı soyqırımı haqqında genişmiqyaslı məlumatlandırma aksiyası keçirilib.
Aksiya zamanı Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillərin və soyqırımı qurbanları barədə məlumatların nümayiş olunduğu LED ekranlı avtomobillər Nyu Yorkun mərkəzi küçələrində hərəkət edib. Əhalinin sıx toplaşdığı məkanlarda, rəsmi qurumların binaları qarşısında dayanaraq tarixin ən dəhşətli və amansız qətliamı ilə bağlı vacib məlumatları ictimaiyyətin diqqətinə çatdırıb. Avtomobillər Tayms meydanından, BMT-nin Baş Qərargah binası önündən, Uoll Strit küçəsindən, Bruklin körpüsündən, Azadlıq heykəli ətrafından, Mərkəzi park və meydanlardan keçərək “Nyu York Tayms” (“The New York Times”) nəşrinin binasının qarşısında dayanıb.
LED ekranlarda "Xatırla, hörmət et, düşün - Xocalı 1992", "34 il sonra, biz hər bir ruhu xatırlayırıq", "Xocalı 1992 faciəsi - dünya bunu unutmamalıdır", "Xocalı - onların cəsarəti və ağrısı bizimlədir", "Xocalı qurbanları anır, xatirələrini əziz tuturuq", "Xocalı soyqırımını unutma", "Maarifləndir, ədalət tələb et və həmrəylik göstər", "Birlikdə xatırlayırıq, birlikdə yas tuturuq, birlikdə müdafiə edirik", "Xocalı üçün ədalət", "Faciədən xatirəyə - Xocalı yaşayır", "Günahsızlar üçün xatırla, ədalət üçün danış", "Bir soyuq gecə - minlərlə itki", "34 il sonra da Xocalı danışır" kimi şüarlar nümayiş olunub. Tarixi faktlara və daha ətraflı məlumatlara keçid imkanı yaradan QR kodlar vasitəsilə şəhər sakinləri məlumatlandırılıb.
Qeyd edək ki, eyni vaxtda ABŞ-nin paytaxtı Vaşinqtonda və Boston şəhərində də bu cür məlumatlandırma aksiyaları keçirilib.

Nyu Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib
Nyu Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib
Nyu Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib
Nyu Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib
скачать dle 10.6фильмы бесплатно

169

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.