• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

AKP-nin nümayəndə heyəti TÜRKPA-nın Baş katibi ilə görüşüb

26-02-2026, 12:00 | Baxılıb: 184
“AKP-nin nümayəndə heyəti TÜRKPA-nın Baş katibi ilə görüşüb

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənlə görüşüb.

Diaspor.info xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsi rəhbərinin müavini və TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının üzvü Mahmut Rıdvan Nazırlı, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsi rəhbərinin müavinləri Naim Makas və Temel Akyürek, eləcə də müşavir Muhammet Tolga Beşen daxil olub.

Nümayəndə heyətini salamlayan Baş katib görüşə görə minnətdarlığını ifadə edib. O, AKP-nin tərkibində yeni yaradılmış Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin strateji əhəmiyyətini vurğulayıb və Zorlunun Türk dünyası ilə bağlı geniş bilik və təcrübəyə malik olduğunu bildirib.

Müzakirələr zamanı Zorlu yaradılmasından cəmi bir il sonra Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsi tərəfindən “Türk Dünyası Vizyon Sənədi” adlı hərtərəfli sənədin hazırlandığını vurğulayıb. O, həmçinin qarşıda həyata keçirilməsi planlaşdırılan 1-ci Siyasət Forumunda TÜRKPA üçün xüsusi sessiyanın ayrılmasına hazır olduqlarını ifadə edib.

Müzakirələr zamanı TÜRKPA-nın genişlənən beynəlxalq fəaliyyətinə də toxunulub. Ramil Həsən TÜRKPA-nın fəaliyyətdə olan sədri Yerlan Koşanovun sədrliyi altında təşkilatın ATƏT Parlament Assambleyasında müşahidəçi statusunun əldə olunması üçün rəsmi müraciət etdiyini bildirib. Bundan əlavə, TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin zirvə görüşünün aprelin 16-da İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində keçiriləcəyi qeyd olunub.

Görüşün sonunda tərəflər Qazaxıstanda qarşıdan gələn referendum prosesinin uğurla başa çatması üçün qarşılıqlı olaraq səmimi arzularını çatdırıb.

Səmimi görüş xatirə hədiyyələrinin təqdim edilməsi ilə sona çatıb.скачать dle 10.6фильмы бесплатно


184

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.