• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Yerusəlim ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıb

27-02-2026, 16:30 | Baxılıb: 162
“Yerusəlim ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıb

Yerusəlim ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıb
İsrailin Yerusəlim şəhərindəki İsrail Milli Kitabxanasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
İştirakçılar əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən qətliam barədə ətraflı məlumat verib. Ermənilərin 1992-ci ilin fevralın ayının 25-dən 26-na keçən gecə qadın, uşaq və ahıllar da daxil olmaqla dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirdiyini bildirib. Bu qanlı hadisə nəticəsində yüzlərlə insanın həyatını itirdiyini, minlərlə sakinin yaralandığını və əsir götürüldüyünü söyləyib. Faciənin Azərbaycan xalqının tarixində dərin iz buraxan ağır hadisələrdən biri olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda Azərbaycanda nəşr olunan “Xocalı – fotolarda, sənədlərdə və xatirələrdə” kitabı İsrail Milli Kitabxanasının fonduna hədiyyə edilib. İştirakçılara faciə ilə bağlı məlumatlandırıcı materiallar paylanıb.
Məlumat üçün bildirək ki, tədbirin keçirildiyi İsrail Milli Kitabxanasında nadir əlyazmalar və Şərq ədəbiyyatına aid əsərlər saxlanılır. Xüsusi maraq doğuran eksponatlar sırasında “Leyli və Məcnun” poemasının 1602-ci ilə aid əlyazması da var. Tədbirin məhz burada keçirilməsi Xocalı faciəsinin tarixi və mədəni yaddaşda əbədiləşdirilməsində rəmzi məna daşıyıb.

скачать dle 10.6фильмы бесплатно

162

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.