• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

27-02-2026, 17:30 | Baxılıb: 255
“Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib
Azərbaycan Diaspor Gəncləri (ADG) Təşkilatı və onun Fransa Koordinatorluğunun təşkilatçılığı ilə Parisdə Xocalı soyqırımı haqqında məlumatlandırıcı aksiya təşkil olunub. Aksiya çərçivəsində şəhərin tarixi məkanlarından biri olan Notr-Dam Kilsəsi və onun ətrafında yerləşən Latın Məhəlləsində, eləcə də paytaxtın müxtəlif istiqamətlərini birləşdirən ictimai nəqliyyat vasitələrində Xocalı faciəsinə dair məlumatlandırıcı QR kodlar paylanıb.
Aksiyanın əsas məqsədi yerli sakinlərə və çoxsaylı turistlərə Xocalı soyqırımı haqqında obyektiv və dolğun məlumat çatdırmaq olub.

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

Maraqlanan şəxslər QR kodlarla Xocalı faciəsi ilə bağlı tarixi faktlar, foto və videomateriallar, eləcə də fransız dilində hazırlanan məlumat resurslarına birbaşa çıxış əldə ediblər. Bu yanaşma məlumatın daha əlçatan və operativ şəkildə geniş auditoriyaya çatdırılmasına imkan yaradıb.
Aksiyanın xüsusilə turistlərin sıx toplaşdığı ərazilərdə keçirilməsi təşəbbüsün təsir dairəsini daha da genişləndirib və müxtəlif millətlərdən olan insanları Xocalı həqiqətləri ilə tanış edib.
Məlumat üçün bildirək ki, bu fəaliyyət Azərbaycan diasporunun xaricdə apardığı ardıcıl və məqsədyönlü maarifləndirmə işlərinin tərkib hissəsidir. Bu cür təşəbbüslər həqiqətlərin beynəlxalq ictimaiyyətə sistemli şəkildə çatdırılmasına və informasiya mühitində obyektiv mövqenin gücləndirilməsinə xidmət edir.скачать dle 10.6фильмы бесплатно

255

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.