• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Ulu Öndərin Mirası - Gəncliyin Təminatı” layihəsi uğurla yekunlaşıb

6-03-2026, 11:30 | Baxılıb: 246
““Ulu Öndərin Mirası - Gəncliyin Təminatı” layihəsi uğurla yekunlaşıb

“Ulu Öndərin Mirası - Gəncliyin Təminatı” layihəsi uğurla yekunlaşıb
Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər və gənclər təşkilatları üçün qrant müsabiqəsi çərçivəsindəkeçirilən “Ulu Öndərin Mirası - Gəncliyin Təminatı” layihəsi uğurla yekunlaşıb.
Sudana Əsədovanın layihə rəhbərliyi ilə həyata silsilə təlimlər çərçivəsində müxtəlif mövzuları əhatə edən üç təlim təşkil olunub və bu təlimlərdə ümumilikdə 200-ə yaxın gəncin iştirakı təmin edilib. Təlimlər interaktiv formatda keçirilərək iştirakçıların bilik və bacarıqlarının artırılmasına, həmçinin onların şəxsi və ictimai inkişafına töhfə verməyə yönəlib.
İlk təlim siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Qoşqar Bəylərov tərəfindən keçirilib. “Sözümüz gücümüzdür” adlı təlimdə sosial medianın cəmiyyətdə rolu, ifadə azadlığının mahiyyəti və hüquqi sərhədləri, eləcə də söz azadlığından məsuliyyətli istifadə mövzuları müzakirə olunub. Təlim zamanı iştirakçılar mövzu ətrafında fikir mübadiləsi apararaq real nümunələr üzərindən öyrənmək imkanı əldə ediblər.
Növbəti təlim gənclərlə iş sahəsi üzrə mütəxəssis Nicat Dərgahlı tərəfindən “Hüququn işığında təhsil” mövzusunda olub. Təlimdə gənclər üçün mövcud təhsil imkanları, müxtəlif inkişaf proqramları və Ulu Öndər Heydər Əliyevin təhsil siyasətinin əsas prinsipləri barədə məlumat verilib. Eyni zamanda bu siyasətin gənclərin inkişafına təsiri vurğulanıb və iştirakçılara təhsil imkanlarından daha səmərəli istifadə etmələri üçün praktiki tövsiyələr təqdim edilib.
Layihə çərçivəsində keçirilən son təlim isə Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın təqdimatında “Sağlam gənclik, sağlam gələcək” mövzusunda keçirilib. Təlim zamanı səhiyyə və sosial müdafiə hüquqları, psixoloji dəstək, sağlam qidalanma, ətraf mühit və gənclər üçün yaradılan imkanlar barədə geniş məlumat verilib.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapmış hüquq və azadlıqları, xüsusilə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi hüquqi-siyasi irsi gənclərə daha dərindən tanıtmaq, onların hüquqi biliklərini artırmaq və vətəndaş məsuliyyətini gücləndirmək olub.

“Ulu Öndərin Mirası - Gəncliyin Təminatı” layihəsi uğurla yekunlaşıb
“Ulu Öndərin Mirası - Gəncliyin Təminatı” layihəsi uğurla yekunlaşıb
“Ulu Öndərin Mirası - Gəncliyin Təminatı” layihəsi uğurla yekunlaşıb
“Ulu Öndərin Mirası - Gəncliyin Təminatı” layihəsi uğurla yekunlaşıb
“Ulu Öndərin Mirası - Gəncliyin Təminatı” layihəsi uğurla yekunlaşıb
“Ulu Öndərin Mirası - Gəncliyin Təminatı” layihəsi uğurla yekunlaşıb
“Ulu Öndərin Mirası - Gəncliyin Təminatı” layihəsi uğurla yekunlaşıb
“Ulu Öndərin Mirası - Gəncliyin Təminatı” layihəsi uğurla yekunlaşıb
скачать dle 10.6фильмы бесплатно

246

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.