• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Fuad Muradov İzmir valisi ilə görüşüb

18-03-2026, 10:00 | Baxılıb: 221
“Fuad Muradov İzmir valisi ilə görüşüb

Fuad Muradov İzmir valisi ilə görüşüb
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə səfəri çərçivəsində İzmir valisi Süleyman Elbanla görüşüb.
Görüşdə Azərbaycan Respublikasının Türkiyədə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib. Müzakirələr zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından danışılıb, İzmirdə yaşayan azərbaycanlıların diaspor fəaliyyəti, cəmiyyətə inteqrasiyası, təhsil və iş imkanları,  həmçinin mədəni əməkdaşlıq və ictimai diplomatiya istiqamətlərində birgə təşəbbüslərin artırılması diqqət mərkəzinə gətirilib.
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətindən bəhs edərək dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanmasının, milli-mədəni kimliyinin qorunmasının və yaşadıqları cəmiyyətlərə daha fəal inteqrasiyasının dövlət üçün prioritet olduğunu vurğulayıb, Türkiyənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların yerli qurumlarla əməkdaşlığının vacibliyini dilə gətirib. Bildirib ki, Azərbaycanla Türkiyə arasında mövcud olan “bir millət, iki dövlət” prinsipi təkcə siyasi münasibətlərdə deyil, həm də diaspor sahəsində əməkdaşlıqda özünü aydın şəkildə göstərir.
Vali öz növbəsində Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, İzmirdəki Azərbaycan icması ilə əməkdaşlığın genişləndirilməsinə, təhsil, məşğulluq və bir sıra digər sahələrdəki layihələrə dəstək verməyə hazır olduğunu ifadə edib.
Görüşdə əməkdaşlığın perspektivləri geniş  müzakirə olunub, ortaq mədəni və ictimai tədbirlərin təşkili, diaspor təşkilatları ilə yerli idarəetmə qurumları arasında əlaqələrin gücləndirilməsi, gənclərin və tələbələrin layihələrə cəlb olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər əminliklə bildiriblər ki, qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi həm Azərbaycan–Türkiyə dostluğuna, həm də İzmirdəki Azərbaycan icmasının fəaliyyətinin daha da inkişafına töhfə verəcək.скачать dle 10.6фильмы бесплатно


221

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.