• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ceyhun Bayramov: Bakı İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyir

19-03-2026, 11:30 | Baxılıb: 201
“Ceyhun Bayramov: Bakı İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyir

Azərbaycan İranın Naxçıvana pilotsuz uçuş aparatı (PUA) zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılması barədə verdiyi təminatları yerinə yetirəcəyinə və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlər görəcəyinə ümid edir.

Diaspor.info Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu nazir Ceyhun Bayramov Ər-Riyadda (Səudiyyə Ərəbistanı) XİN başçılarının məsləhət görüşündə bəyan edib.

C.Bayramov görüş iştirakçılarına xatırladıb ki, martın 5-də İran ərazisindən uçan PUA-lar Azərbaycanın Naxçıvan Muxtar Respublikasının infrastrukturuna zərbələr endirib. Nəticədə dörd mülki şəxs xəsarət alıb və Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla kritik infrastruktura əhəmiyyətli ziyan dəyib.

Nazir vurğulayıb ki, Azərbaycan hadisəyə operativ və qətiyyətli reaksiya verib, öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini bütün qanuni vasitələrlə qorumağa sadiqliyini təsdiqləyib.

"Azərbaycan İran tərəfinin hadisənin hərtərəfli araşdırılmasına dair verdiyi zəmanətləri yerinə yetirəcəyini və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlərin görüləcəyini gözləyir", - o əlavə edib.

Xatırladaq ki, martın 5-də İran ərazisindən buraxılmış pilotsuz uçuş aparatları Naxçıvan ərazisindəki obyektlərə zərbə endirib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına edilən hücum nəticəsində dörd mülki şəxs yaralanıb. Azərbaycan Prezidenti İlham Əliyev İran tərəfinin hərəkətlərini çirkin terror aktı adlandırıb. Prezident bəyan edib ki, İranın rəsmi şəxsləri izahat verməli, Azərbaycan tərəfindən üzr istəməli, bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər.скачать dle 10.6фильмы бесплатно


201

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.