• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Sahibə Qafarova Boao Forumunda Azərbaycanın qlobal təşəbbüslərindən danışıb

26-03-2026, 13:00 | Baxılıb: 202
“Sahibə Qafarova Boao Forumunda Azərbaycanın qlobal təşəbbüslərindən danışıb

Milli Məclisin sədri Sahibə Qafarova Çinə işgüzar səfəri çərçivəsində Asiya Boao Forumunın İllik Konfransında çıxış edərək Azərbaycanın qlobal təşəbbüslərindən danışıb.

Bu barədə Diaspor.info-ya Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spikerin sözlərinə görə, Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən irəli sürülmüş və Azərbaycan tərəfindən də dəstəklənən Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik, Qlobal Sivilizasiya və Qlobal İdarəetmə təşəbbüsləri əməkdaşlıq, qarşılıqlı hörmət və ortaq məsuliyyət əsasında daha inklüziv, təhlükəsiz və dayanıqlı dünya qurmaq üçün əməkdaşlığa, qarşılıqlı hörmətə və ortaq məsuliyyətə əsaslanan hərtərəfli çərçivə təqdim edir.

Sahibə Qafarova deyib ki, ortaq baxışlar iki ölkəni bir-birinə yaxınlaşdırır:

"Gələn il - Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd etməyə hazırlaşdığımız bir vaxtda, bu münasibətlər artıq yeni səviyyəyə yüksəlib. Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin Çinə səfərləri, strateji və hərtərəfli strateji tərəfdaşlığa dair Birgə Bəyannamələrin imzalanması ölkələrimiz arasında siyasi dialoqun dərinliyini, qarşılıqlı etimadı və genişlənən əməkdaşlığı açıq şəkildə nümayiş etdirir".

Həmçinin, diqqətə çatdırılıb ki, COP29-a ev sahibliyi edən Azərbaycan Qlobal Şimal və Cənub arasında fikir ayrılıqlarını aradan qaldırmaq və qlobal iqlim gündəliyi üzrə əsas nəticələrin əldə olunmasına töhfə vermək üçün fəal çalışıb.

Spiker Azərbaycanın, həmçinin Qlobal Bakı Forumu kimi platformalar vasitəsilə sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi kimi məsələlər üzərində fəal işləməyə davam etdiyini də vurğulayıb.

Milli Məclisin sədri, həmçinin yaxın aylarda Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini, o cümlədən 2026-cı ilin payızında Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu üzrə Müşavirənin Zirvə Toplantısının keçiriləcəyini xatırladaraq, deyib ki, bu da ölkənin beynəlxalq əməkdaşlığa sadiqliyini daha da möhkəmləndirəcək.

Milli Məclisin sədri çıxışında, həmçinin diqqətə çatdırıb ki, son qlobal proseslər bir daha göstərdi ki, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya strateji baxımdan nə qədər vacibdir. Spiker Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan geniş bir regionda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır, eyni zamanda yaşıl enerji sahəsinə davam edən investisiyalar bu töhfəni daha da gücləndirəcək.

Çıxışda, həmçinin Azərbaycanın Avrasiya üzrə əsas nəqliyyat qovşaqlarından birinə çevrildiyi, "Bir Kəmər, Bir Yol" təşəbbüsünün ilk dəstəkçilərindən biri kimi, onun inkişafına fəal şəkildə töhfə verməyə davam etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Çindən sonra bu təşəbbüsə ən böyük sərmayə qoyan ikinci ölkədir. Bildirilib ki, bu gün Orta Dəhliz Avropanı Mərkəzi Asiya və Çin ilə Xəzər dənizi vasitəsilə birləşdirən ən optimal və təhlükəsiz marşrutlardan biri olduğunu sübut edib. Bundan əlavə, Milli Məclisin sədrinin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası Orta Dəhlizin səmərəliliyini daha da artıracaqdır. Xüsusilə, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən etibarlı və səmərəli marşrut kimi özünü doğrultmaqdadır.скачать dle 10.6фильмы бесплатно


202

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.