• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan diasporunun üzvləri ABŞ-də süni intellekt əsaslı elektron tibbi qeydiyyat sistemi yaradıb

3-04-2026, 10:00 | Baxılıb: 155
“Azərbaycan diasporunun üzvləri ABŞ-də süni intellekt əsaslı elektron tibbi qeydiyyat sistemi yaradıb

Azərbaycan diasporunun üzvləri ABŞ-də süni intellekt əsaslı elektron tibbi qeydiyyat sistemi yaradıb
ABŞ-nin reytinqli ali məktəbləri sırasında yer alan Mayami Universitetinin azərbaycanlı tələbələri Vaqif Kazımlı, Yunus Kazımlı və Yusif Qurbanlının birgə həyata keçirdikləri startap layihəsi böyük maraq yaradıb.
Soydaşlarımız süni intellektə əsaslanan yeni nəsil elektron tibbi qeydiyyat sistemi hazırlayıb. Komanda bu layihəni 22-24 aprel tarixində Mayamidə keçiriləcək, 20 mindən çox iştirakçını və 60-dan çox ölkəni bir araya gətirəcək “eMerge Americas 2026” texnologiya konfransı və sərgisində təqdim etməyə hazırlaşır. Onlar tədbirə həm “Səhiyyədə süni intellekt” mövzusunda keçiriləcək paneldə əsas məruzəçi, həm də sponsor qismində iştirakçı kimi dəvət olunublar.
Elektron sağlamlıq qeydləri platforması həkimlərin gündəlik iş yükünü azaltmağa, tibbi məlumatların idarə olunmasını optimallaşdırmağa və klinik qərarvermə prosesini süni intellekt vasitəsilə dəstəkləməyə yönəlib. Layihə səhiyyə sistemində effektivliyin artırılması baxımından mühüm addım kimi qiymətləndirilir.
Bununla yanaşı, layihə Mayami Universitetinin təşkil etdiyi “Tələbə startapları üçün akselerator proqramı” (University Student Startup Accelerator - USTAAR) çərçivəsində keçirilən startap təqdimatı müsabiqəsinin qalibi olub və 100 min ABŞ dolları həcmində investisiya qazanıb. Eyni zamanda, startap Massaçusets Texnologiya İnstitutunun (MIT) İnnovasiya Fondunun qrantına da layiq görülüb.
Platformanın əsas məqsədi həkimlərin sənədləşməyə sərf etdiyi vaxtı minimuma endirmək və onların pasiyentlərlə daha çox vaxt keçirməsinə şərait yaratmaqdır. Sistem eyni zamanda tibbi məlumatların daha sürətli və dəqiq emalını təmin edərək səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə töhfə verməyi hədəfləyir.

Azərbaycan diasporunun üzvləri ABŞ-də süni intellekt əsaslı elektron tibbi qeydiyyat sistemi yaradıb

Layihənin təsisçisi Vaqif Kazımlı bildirib ki: “Layihə yaxın zamanlarda Mayamidə fəaliyyət göstərən süni intellekt laboratoriyasında keçirilən sammitdə təqdim olunub. Bu sistemi yaradarkən əsas məqsədimiz həkimlərin işini asanlaşdırmaq və səhiyyə sistemində daha ağıllı, effektiv həllər təqdim etmək idi. Komandamızın digər üzvləri- Yunus Kazımlı və Yusif Qurbanlı sonradan layihəyə qoşularaq onun inkişafına böyük töhfə verib. Hazırda startap layihəsi ABŞ-nin bir sıra aparıcı xəstəxanalarında sınaqdan keçirilmək üzrədir. Biz bu layihənin gələcəkdə Azərbaycanda da tətbiq olunmasını arzulayırıq. Məqsədimiz ölkəmizdə elektron tibbi qeydiyyat sahəsində yeni mərhələyə keçidi sürətləndirmək, eyni zamanda mərkəzləşdirilmiş və süni intellektlə dəstəklənən platforma ilə vətəndaşlara daha səmərəli və keyfiyyətli xidmət göstərilməsini təmin etməkdir.
Məlumat üçün bildirək ki, Yunus Kazımlı 2025-ci ildə ABŞ-nin Virciniya ştatının Corc Meyson Universitetində keçirilən 2-ci Amerika Azərbaycanlı Gənclər Forumunda iştirak edib.скачать dle 10.6фильмы бесплатно


155

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.