• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat parlamentin plenar iclasına tövsiyə edilib

14-04-2026, 09:30 | Baxılıb: 149
“Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat parlamentin plenar iclasına tövsiyə edilib

Aprelin 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Diaspor info xəbər verir ki, iclasda Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabat müzakirəyə təqdim edilib.

Komitənin sədri Azər Əmiraslanov bildirib ki, Hesablama Palatasının hesabatı qanunun tələblərinə uyğun şəkildə hazırlanıb və qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim olunub. Bildirilib ki, Hesablama Palatasının hesabatı ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi öz rəyini Milli Məclisin plenar iclasına təqdim etməlidir.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2025-ci ildə fəaliyyəti haqqında hesabatı slaydlar vasitəsi ilə təqdim edib.

Palata sədri hesabat ilinin Hesablama Palatasının “2021-2025-ci illər üzrə Strateji Plan”ının son ili olmasını nəzərə alaraq, əvvəlcə 5 illik dövr üçün icra vəziyyəti barədə məlumat verib.

Vüqar Gülməmmədov Hesablama Palatasının işinə ictimai etimadın gücləndirilməsinin müxtəlif aspektləri barədə danışaraq qeyd edib ki, bu sırada ənənəvi uyğunluq auditi kimi klassik audit növündən fərqli olaraq daha innovativ hesab edilən səmərəlilik (performans) auditinin əhatə dairəsinin genişləndirilməsi, Palatanın fəaliyyətində şəffaflığın artırılması, beynəlxalq AAO cəmiyyətində peşəkar tərəfdaş imicinin gücləndirilməsi, rəqəmsal transformasiyaya keçid kimi məsələlər ön planda olub. O, 2021-2025-ci illərdə ümumilikdə 26 səmərəlilik auditinin keçirildiyini, bu auditlərin əhatə dairəsinin 4,1 milyard manatdan çox olduğunu söyləyib.

Sonra Vüqar Gülməmmədov Palatanın kənar dövlət maliyyə nəzarəti fəaliyyəti barədə məlumat verərək, 2025-ci ildə auditlərin əhatəsinin nisbətən artırılmasına, auditlərin sayı üzrə stabilliyin saxlanılmasına və keyfiyyətinin yüksəldilməsinə nail olunduğunu vurğulayıb. Hesablama Palatasının Kollegiyası tərəfindən audit və analitik fəaliyyət formasında 48 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərarlar qəbul olunub. Onlardan 47-si hesabat ilində başa çatdırılıb, 1 auditin nəticələrinin rəsmiləşdirilməsi növbəti ilə keçirilib. 3 audit “Dövlət sirri haqqında” Qanuna əsasən məxfilik rejimində keçirilib.

Palata sədri nəzərə çatdırıb ki, 2025-ci ildə keçirilmiş 15 audit və analitik fəaliyyətdə əsaslı xərclər üzrə hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Bildirilib ki, investisiya xərclərinin əsaslı xərclərdə payı yüksəkdir. 12 sifarişçi üzrə 42 layihə və 132 müqavilənin auditi həyata keçirilib. Yol verilmiş pozuntular, qanunvericiliyin və hesabatlılığın tələblərinin pozulması son nəticədə investisiya layihələrinin dəyərinin düzgün hesablanmamasına, aktivlərin doğru tanınmamasına və artıq vəsaitlərin istifadəsinə səbəb olub.

Sonra Vüqar Gülməmmədov Palatanın kənar dövlət maliyyə nəzarəti fəaliyyətinin təsiri ilə yaradılmış əlavə dəyər barədə danışıb. O diqqətə çatdırıb ki, keçirilmiş audit və analitik fəaliyyət nəticəsində 47 kollegiya qərarı qəbul edilib, bu qərarlarla 303 tədbir müəyyən edilib.

Palata sədri 2026-cı ildə qarşıda duran əsas vəzifələr barədə də məlumat verib.

Sonra hesabat ətrafında geniş müzakirə aparılıb.

Palatanın sədri Vüqar Gülməmmədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabat Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.скачать dle 10.6фильмы бесплатно


149

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.