• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanla Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb

19-04-2026, 09:00 | Baxılıb: 156
“Azərbaycanla Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb

Azərbaycanla Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Meksika Birləşmiş Ştatlarına işgüzar səfərə gedib. Səfər çərçivəsində bir sıra əhəmiyyətli görüş və tədbirlər baş tutub.
Komitə sədri və əməkdaşları Azərbaycan Respublikasının Meksikadakı səfirliyini ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir çərçivəsində Ulu Öndərin 1982-ci ildə Meksikaya etdiyi rəsmi səfərə dair videoreportaj nümayiş olunub, həmin tarixi səfərin yaddaqalan olduğu vurğulanıb.
Daha sonra paytaxt Mexikonun mərkəzi Paseo Reforma prospektində yerləşən Meksika-Azərbaycan Dostluq Parkı ziyarət olunub. Bu dostluq parkı iki xalq arasında mehriban münasibətlərin rəmzi kimi qiymətləndirilir.
Səfərin əsas məqamlarından biri Meksika Xarici İşlər Nazirliyində keçirilən görüş olub. Komitə sədri Meksika Xarici İşlər Nazirliyində Xaricdə Yaşayan Meksikalılarla İş üzrə İnstitutun rəhbəri Tatyana Klutye ilə görüşüb. Görüşdə İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın diaspor siyasətinin dinamik inkişaf etdiyi xüsusi vurğulanıb, həmçinin hər iki ölkənin xaricdə yaşayan vətəndaşlarla iş sahəsindəki yanaşmaları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Komitə sədri rəhbərlik etdiyi qurumun yaranma tarixi, fəaliyyəti və həyata keçirilən mühüm layihələrdən danışıb, xaricdəki Azərbaycan icmalarının ümummilli dəyərlər ətrafında sıx birləşdiklərini, ölkəmizin xaricdəki “yumşaq güc”ünə çevrilmək yolunda uğur qazandıqlarını ifadə edib. Həmçinin, 20 xarici ölkədə 32 Azərbaycan Evinin, 100-ə yaxın həftəsonu məktəbinin yaradıldığını, həyata keçirilən layihələrin yüzminlərlə soydaşımızı əhatə etdiyini, xaricdə yaşayan azərbaycanlıların uğurlu inteqrasiyasını və yaşadıqları ölkələrin ictimai-siyasi həyatındakı müsbət rollarını diqqətə çatdırıb.
Tatyana Klutye öz növbəsində qeyd edib ki, rəhbərlik etdiyi qurum dünyanın müxtəlif ölkələrində yaşayan meksikalı miqrantların hüquqlarının qorunması, milli kimliklərinin saxlanılması ilə yanaşı, onların sahibkarlıq fəaliyyətinin inkişafına, xüsusilə qadınların biznes fəaliyyətinə cəlb olunmasına və uşaqların təhsilinə dəstək göstərilməsi istiqamətində mühüm işlər həyata keçirir. Qeyd olunub ki, Meksika dövləti diaspor siyasətinə böyük önəm verir, çünki təkcə Amerika Birləşmiş Ştatlarında 11 milyon meksikalı yaşayır.
Görüşdə Azərbaycan Respublikasının Meksikada fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev və səfirliyin əməkdaşları iştirak edib.
Görüş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Xaricdə Yaşayan Meksikalılar İnstitutu vasitəsilə Meksika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu”nun imzalanması ilə yekunlaşıb.
Bu mühüm sənəd xaricdə yaşayan azərbaycanlı və meksikalı icmaların fəaliyyətinə dəstəyin gücləndirilməsini, onların hüquq və maraqlarının qorunmasını, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Memorandum çərçivəsində tərəflər arasında müntəzəm məsləhətləşmələrin aparılması, informasiya və təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihə və təlim proqramlarının təşkili planlaşdırılır. Sənəd iki ölkə arasında diaspor sahəsində əməkdaşlığın institusional əsaslarını möhkəmləndirərək gələcəkdə daha genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsinə zəmin yaradır.
Ümumilikdə bu səfər və imzalanan memorandum Azərbaycan-Meksika münasibətlərinin inkişafına mühüm töhfə verməklə yanaşı, diaspor fəaliyyətinin daha səmərəli və koordinasiyalı şəkildə həyata keçirilməsi baxımından yeni imkanlar açır.

Azərbaycanla Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb
Azərbaycanla Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb
Azərbaycanla Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb
Azərbaycanla Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb
Azərbaycanla Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb
Azərbaycanla Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb
Azərbaycanla Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb
Azərbaycanla Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb
Azərbaycanla Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb
скачать dle 10.6фильмы бесплатно

156

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.