• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Günümüzün reallıqları fonunda Azərbaycanın artan qlobal rolu

20-04-2026, 12:00 | Baxılıb: 145
“Günümüzün reallıqları fonunda Azərbaycanın artan qlobal rolu

5-ci Antalya Diplomatiya Forumu qlobal miqyasda qeyri-müəyyənliklərin artdığı, ənənəvi təhlükəsizlik arxitekturasının transformasiyaya uğradığı bir dövrdə Azərbaycanın xarici siyasət strategiyasının effektivliyini və ölkəmizin beynəlxalq nüfuzunu bir daha təsdiqlədi. 150-dən çox ölkədən 500-dən çox yüksəksəviyyəli şəxsin, o cümlədən 22 dövlət və hökumət başçısının iştirakı ilə keçirilən bu tədbir, Azərbaycanın xarici siyasət prioritetlərini qlobal müstəviyə çıxarmaq və regional sabitlikdəki rolunu vurğulamaq üçün əhəmiyyətli imkanlar yaradıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın forumda iştirakı, Azərbaycanın regional proseslərin mərkəzində dayandığını və Türkiyə ilə strateji müttəfiqliyinin qlobal təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm amil olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin forumda iştirakı, burada keçirilən ikitərəfli görüşlər və tədbirin əsas gündəliyindəki məsələlər Azərbaycanın regional liderdən qlobal aktor səviyyəsinə yüksəlişini nümayiş etdirir. Bu forum, həmçinin Azərbaycanın sülh təşəbbüslərinin, enerji diplomatiyasının və Türk dünyasının inteqrasiyasındakı strateji rolunun daha geniş coğrafiyaya yayılması üçün mühüm bir platforma oldu.

Forumun açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin Türkiyə ilə koordinasiyalı şəkildə aparılması və Orta Dəhliz təşəbbüsünə güclü dəstək verilməsi, regionun gələcəyinin məhz bu üçtərəfli və çoxtərəfli əməkdaşlıq formatları üzərində qurulduğunu təsdiqləyir. Zəngəzur dəhlizinin reallaşması istiqamətində görülən işlər də məhz bu böyük mənzərənin – Asiya ilə Avropa arasında strateji körpünün yaradılmasının vacib elementidir. Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı sədrlik missiyası və bu qurumun beynəlxalq nüfuzunun artırılması istiqamətindəki fəaliyyəti, forumun əsas müzakirə mövzularından olub. XIII Türk Dünyası Zirvəsinə hazırlıq və sədrliyin Azərbaycandan Türkiyəyə keçməsi prosesi, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasında və Türk dünyasının kollektiv güc mərkəzinə çevrilməsində Azərbaycanın lokomotiv rolunu daha da gücləndirir.

Forum çərçivəsində aparılan ikitərəfli görüşlər, Azərbaycan diplomatiyasının coğrafiyasının nə qədər geniş olduğunu və ölkənin qlobal siyasətdə etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüş, Azərbaycanın post-münaqişə dövründəki təcrübəsini bölüşməsi və regional enerji təhlükəsizliyində rolunu genişləndirməsi baxımından önəmlidir. Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılması layihəsi, enerjinin yalnız iqtisadi deyil, həm də siyasi sabitləşdirici və inkişafı stimullaşdırıcı bir vasitə olduğunun əsas göstəricisidir. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüş və bu ölkənin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun dəstəklənməsi, Azərbaycanın Türk dünyasının birliyinə verdiyi strateji dəstəyin və siyasi prinsipiallığının əyani isbatıdır. Azərbaycanın iqtisadi və enerji diplomatiyasının gücü Moldova Prezidenti Maya Sandu ilə görüşdə də öz əksini tapıb. Moldovanın enerji təhlükəsizliyində Azərbaycanın dəstəyi iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdiyini və Azərbaycanın enerji resurslarının Avropanın enerji təhlükəsizliyi arxitekturasında əvəzsiz yerini vurğulayır. Eyni zamanda, Pakistanın Baş naziri və Türkiyə Prezidenti ilə təmaslar, Azərbaycanın regional müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə və qlobal çağırışlara qarşı kollektiv yanaşmaların koordinasiyasına xidmət edir.“Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusu, Azərbaycanın müharibədən sonrakı dövrdə reallıqları düzgün qiymətləndirərək özünün milli maraqlarını qlobal təhlükəsizlik konsepsiyaları ilə uzlaşdıran çevik diplomatiya modelinin aktuallığını sübut edir. Göründüyü kimi Azərbaycanın balanslı və sülhpərvər xarici siyasəti, regiondakı gərginlikləri aradan qaldırmaq, enerji təhlükəsizliyini təmin etmək və çoxtərəfli əməkdaşlıq formatlarını inkişaf etdirmək üçün ən effektiv vasitədir. Antalya Diplomatiya Forumu bir daha sübut etdi ki, Azərbaycan gələcəyin planlaşdırılmasında və qeyri-müəyyənliklərin idarə olunmasında söz sahibi olan, regional dinamikanı müsbət mənada diktə edən qlobal gücə çevrilməkdədir. Beləliklə, 5-ci Antalya Diplomatiya Forumu Azərbaycanın regional sabitliyin təminatçısı, enerji sahəsində etibarlı tərəfdaş və Türk dünyasının inteqrasiyasında aparıcı qüvvə kimi mövqeyini daha da möhkəmləndirib.

Nəriman Nəcəfov

NUHÇIXANскачать dle 10.6фильмы бесплатно


145

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.