• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Baş nazir Əli Əsədov Astanada Regional Ekoloji Sammitdə iştirak edib

22-04-2026, 15:00 | Baxılıb: 122
“Baş nazir Əli Əsədov Astanada Regional Ekoloji Sammitdə iştirak edib

Aprelin 22-də Astanada Qazaxıstan Respublikası Prezidentinin təşəbbüsü ilə keçirilən 2026-cı il Regional Ekoloji Sammiti (RES-2026) işinə başlayıb.

Diaspor.info xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sammitdə iştirak edib.

Əvvəlcə iştirakçılar 2026-cı il Regional Ekoloji Sammitin sərgi pavilyonları, o cümlədən Azərbaycan pavilyonu ilə tanış olublar.

Sammitin plenar iclasında çıxış edən Ə.Əsədov vurğulayıb ki, Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyinə qarşı tədbirlərə böyük əhəmiyyət verir, onları milli və beynəlxalq davamlı inkişaf gündəliyinin ayrılmaz hissəsi kimi qiymətləndirir.

Baş nazir qeyd edib: “Bu kontekstdə Bakıda BMT-nin iqlim Konfransı - COP29-un keçirilməsi qlobal iqlim gündəliyində duran əsas məsələlər üzrə beynəlxalq səylərin konsolidasiyasına ölkəmizin çox vacib töhfəsi oldu”.

Çıxışda su təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilib. Vurğulanıb ki, iqlim dəyişikliyinin, şirin su çatışmazlığının artmasının və su ehtiyatlarına olan təzyiqin güclənməsi fonunda artan qlobal çağırışlar şəraitində su təhlükəsizliyi məsələləri beynəlxalq gündəlikdə prioritet əhəmiyyət kəsb edir.

Bu kontekstdə Azərbaycan Respublikasının BMT-nin himayəsi altında ixtisaslaşmış beynəlxalq su təşkilatının təsis edilməsinə dair Qazaxıstan Respublikasının təşəbbüsünə dəstəyi ifadə olunub.

Xəzər dənizində ekoloji vəziyyətlə bağlı problemlərə toxunan Baş nazir vurğulayıb ki, ən kəskin çağırışlardan biri Xəzər dənizinin səviyyəsinin sürətlə azalmasıdır.

O, Azərbaycanın regional qarşılıqlı fəaliyyətə sadiqliyini təsdiqləyərək qeyd edib ki, ölkə bu çağırışa qarşı səmərəli qarşılıqlı fəaliyyət göstərilməsi üçün Xəzəryanı dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl səylər göstərir.

Bu məsələ ilə bağlı qeyd olunub ki, Xəzərin səviyyəsinin azalması səbəblərini öyrənmək və müvafiq profilaktik tədbirlər görmək məqsədilə Azərbaycanın təşəbbüsü əsasında Qazaxıstan, Rusiya və Türkmənistan ilə ikitərəfli işçi qrupları yaradılıb.

Ətraf mühitin deqradasiyasına ciddi təsir göstərən iqlim faktorlarını plenar iclasın iştirakçılarının diqqətinə çatdıran Əli Əsədov bu çağırışlara cavab verilməsi üzrə Azərbaycanda görülən ardıcıl tədbirlərdən danışıb: “Biz bərpaolunan enerji mənbələrini fəal şəkildə inkişaf etdirərək, yaşıl energetikaya keçidə üstünlük veririk. Hidroenerji sahəsində layihələrin fəal şəkildə həyata keçirildiyi azad olunmuş ərazilərdə yaşıl energetika zonalarının yaradılmasına xüsusi diqqət yetirilir”.

Baş nazir qeyd edib ki, COP29-un uğurla keçirilməsi təcrübəsinə əsaslanan Azərbaycan UN-Habitat ilə əməkdaşlıq şəraitində bu ilin may ayında təşkil ediləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməyə hazırlaşır.

Plenar iclasın iştirakçılarına Azərbaycanın iyun ayında ev sahibliyi edəcəyi daha bir mühüm tədbirə - 2026-cı il Ümumdünya Ətraf Mühit Gününə hazırlıq barədə də məlumat verilib.

Baş nazir vurğulayıb ki, Azərbaycan qlobal davamlı inkişaf gündəliyini irəli aparmaq və şəhərsalma və ekologiya sahəsində beynəlxalq səyləri birləşdirmək üçün bu platformalardan istifadə etmək niyyətindədir.

Çıxışına yekun vuran Ə.Əsədov qeyd edib ki, Azərbaycan beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiq qalır və ortaq məqsədlərə nail olunmasına fəal şəkildə töhfə verməyə hazırdır.скачать dle 10.6фильмы бесплатно


122

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.