• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ

26-04-2026, 10:00 | Baxılıb: 218
“Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ

Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ

Azərbaycan və Ukrayna xalqları arasında əlaqələr uzun illərin tarixinə malikdir. Bu əlaqələrin təməli hələ XX əsrin əvvəllərinə, hər iki ölkənin Sovet İttifaqı tərkibində olduğu dövrə gedib çıxır. Bu illərdəki əlaqələr SSRİ tərkibində mərkəzləşdirilmiş şəkildə qurulsa da, xalqlar arasında qarşılıqlı ünsiyyət və əməkdaşlıq müəyyən səviyyədə inkişaf etmişdi.
SSRİ-nin dağılması ilə hər iki ölkə müstəqillik əldə etdi və yeni geosiyasi şəraitdə münasibətlərini müstəqil şəkildə qurmağa başladı. Azərbaycan və Ukrayna arasında 1992-ci ildən əsası qoyulan diplomatik əlaqələr bu gün də uğurla davam etdirilir. Bu onilliklər ərzində prezidentlərin, eləcə də hökumət başçılarının, parlament sədrlərinin, xarici işlər nazirlərinin və digər hökumət nümayəndələrinin qarşılıqlı səfərləri münasibətləri yüksək səviyyəyə qaldırıb. Prezident İlham Əliyevin 2022-ci ilin yanvar ayında Ukraynaya işgüzar səfəri zamanı ayrı-ayrı sahələri əhatə edən mühüm sənədlər imzalanıb. Bundan başqa, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri keçirilib. Bütün bunlar ölkələrimiz arasında dostluq xarakteri daşıyan münasibətlərin, uzunmüddətli müttəfiqlik əlaqələrinin olduğunu göstərir. 
Əvvəlki illədən bu günə kimi iki ölkə arasında siyasi əlaqələr ardıcıl şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Bu təşkilatlar sırasında Birləşmiş Millətlər Təşkilatı, ATƏT və GUAM xüsusi yer tutur.
Aprelin 25-də baş tutan Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycanda işgüzar səfəri Azərbaycan və Ukrayna arasında mövcud əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcəkdir. İki ölkə başçısının Azərbaycanın Qəbələ şəhərində təkbətək və geniş tərkibdə görüşü keçirilib və görüşlər zamanı ölkələrimiz arasındaki əlaqələr geniş müzakirə olunub.
Görüşlərdən sonra keçirilən mətbuata bəyanat zamanı Prezident İlham Əliyev 2022-ci ilin yanvarında Kiyevə səfərini xatırlayıb. Ukrayna Prezidenti ilə görüşü zamanı aparılan fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daim yüksək səviyyəyə qaldırmışdır. İki ölkə arasında əməkdaşlığın çox güclü siyasi təməli vardır. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək”.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Keçmişdə iqtisadi əlaqələr əsasən sovet plan iqtisadiyyatı çərçivəsində qurulmuşdu. Müstəqillikdən sonra isə bu münasibətlər bazar iqtisadiyyatı prinsiplərinə uyğun şəkildə yenidən formalaşdırıldı. Bu gün Azərbaycan Ukraynanın enerji təhlükəsizliyində mühüm rol oynayır. SOCAR Ukraynada yanacaq bazarında aktiv fəaliyyət göstərir və enerji təchizatının şaxələndirilməsinə töhfə verir. İki ölkə arasında ticarət dövriyyəsi müxtəlif sahələri əhatə edir. Azərbaycan əsasən enerji məhsulları ixrac edir, Ukrayna isə kənd təsərrüfatı məhsulları, metallurgiya və sənaye malları ilə təmsil olunur. TRACECA layihəsi çərçivəsində əməkdaşlıq Avropa ilə Asiya arasında tranzit imkanlarının genişləndirilməsinə xidmət edir. Bu, hər iki ölkənin geostrateji mövqeyini gücləndirir.
Qəbələdə keçirilən mətbuat konfransında ölkə başçısı qeyd edib ki, bir çox istiqamətlər üzrə bu gün biz uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi. Bu gün müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edən dövlətimizin başçısı deyib: “Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var”.
İki ölkə başçısının görüşü zamanı hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. “Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla, ümumiyyətlə, sənaye sahəsində birgə istehsal ilə bağlı çox gözəl imkanlar var”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski hərbi sahədə əməkdaşlıq məsələlərinə toxunaraq bildirib ki, "müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, burada çox dərin əməkdaşlıq qura bilərik. Biz bu məqsədə nail olmaq üçün çox çalışmalıyıq”. Rusiya ilə müharibəyə də toxunan Ukrayna Prezidenti vurğulayıb ki, bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük. Əgər Rusiya tərəfi də bu diplomatiyanı seçərsə, danışıqlarımızı, həmçinin istərdik ki, Azərbaycanda aparaq.
Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatında Ukraynanın enerji sahəsindəki təchizatına toxunaraq bildirib ki, son illərdəki ağır bir dövrdə Azərbaycandan 11 yardın paketi alıblar və Azərbaycana bu yardıma görə öz təşəkkürünü bildirib. Həmçinin Ukraynadan olan uşaqlara köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Volodimir Zelenski deyib: “Siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlarımız, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu dəstəyə görə Sizə minnətdarıq”, - deyə Ukrayna Prezidenti vurğulayıb”.
Hazırkı mərhələdə Azərbaycan və Ukrayna arasında münasibətlər daha da dərinləşməkdədir. Regional təhlükəsizlik məsələləri, enerji marşrutlarının genişləndirilməsi və yeni iqtisadi layihələr əməkdaşlığın əsas istiqamətləri olaraq qalır. Xüsusilə dəyişən geosiyasi şərait fonunda bu iki ölkənin bir-birinə olan ehtiyacı artır. Qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və ortaq maraqlar gələcək əməkdaşlığın əsasını təşkil edir.
İki ölkə başçılarının Qəbələ şəhərində keçirilə görüşlərdə qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışılıb. Əminik ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin öıləmizə səfəri Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.

Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvüскачать dle 10.6фильмы бесплатно


218

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.