• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır

27-04-2026, 19:00 | Baxılıb: 232
“Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır

Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır

Cənubi Qafqazda yerləşən, zəngin enerji resurslarına və mühüm nəqliyyat dəhlizlərinə malik, eyni zamanda, geosiyasi kəsişmə nöqtəsində mövqe tutan Azərbaycan kimi dövlətlərin xarici siyasəti Avropada xüsusi maraq doğurur. Cənubi Qafqazda artan diplomatik fəallıq fonunda Azərbaycanın proseslərdə rolu getdikcə daha qabarıq şəkildə özünü göstərir. Son aylarda Litva, Latviya və Ukrayna rəhbələrinin ölkəmizə səfərləri bu dinamikanın təsadüfi olmadığını göstərir. Bu proseslər beynəlxalq arenada Azərbaycanın artıq yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edildiyini təsdiqləyir. Xüsusilə Avropa ölkələrinin Azərbaycana artan marağı onların regionda sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizləri ilə bağlı strateji hədəflərindən irəli gəlir.
Son dövrlərdə Azərbaycana müxtəlif dövlət və hökumət başçılarının intensiv səfərləri ölkənin geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığını aydın şəkildə nümayiş etdirir. Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi səfəri də bu tendensiyanın məntiqi davamı kimi diqqət çəkir. Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndiyini göstərən mühüm mesajdır.
Çexiya-Azərbaycan münasibətlərinin tarixinə nəzər salsaq görərik ki, ölkələrimiz arasında əməkdaşlıq artıq uzun illərə söykənir. 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu münasibətlərin əsasını təşkil edir. Ötən ilin iyununda Xarici İşlər nazirlikləri arasında Praqada keçirilmiş siyasi məsləhətləşmələr isə dialoqun davamlı xarakter daşıdığını sübut edir. Eyni zamanda, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verməsi onların siyasi yaxınlığını daha da möhkəmləndirir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivliyi də bu münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyir. Belə ki, Azərbaycan Prezidenti indiyədək Çex Respublikasına ümumilikdə dörd səfər edib. Çexiya prezidentləri isə ölkəmizdə ümumilikdə iki, Çexiya Baş naziri isə bir dəfə səfərdə olub.
İki ölkə arasında iqtisadi əlaqələrə nəzər salsaq görərik ki, keçən il 814,73 milyon ABŞ dollarına çatan ticarət dövriyyəsi bu əlaqələrin dinamik inkişafını göstərir. Çexiya Azərbaycanın 6-cı ən böyük ixrac tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqı daxilində 4-cü yerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakı mövqeyinin gücləndiyini nümayiş etdirir.
Ölkələrimizin energetika sahəsində əməkdaşlığı isə xüsusi önəm daşıyır. Azərbaycan Çexiyaya xam neft ixrac edir və 2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük idxalçı olub. Bununla yanaşı, Çexiya tərəfi bərpaolunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda maraqlıdır. Bu isə münasibətlərin ənənəvi enerji modelindən daha innovativ istiqamətlərə keçdiyini göstərir.
Çex şirkətlərinin Azərbaycanda, o cümlədən bərpaolunan enerji sahəsində fəal iştirakı diqqət çəkir. Naxçıvanda 500 MVt gücündə fotoelektrik stansiya layihəsində iştirak və hidroelektrik avadanlıqların təchizatı imkanlarının araşdırılması bu əməkdaşlığın konkret nümunələridir.
İnvestisiya göstəriciləri də balanslı əməkdaşlığı əks etdirir: 1995-2025-ci illər ərzində qarşılıqlı investisiyalar təxminən eyni səviyyədə olub. Azərbaycanda fəaliyyət göstərən Çexiya kapitallı şirkətlərin müxtəlif sahələri əhatə etməsi iqtisadi əlaqələrin şaxələndiyini göstərir.
2022-ci ildən bəri Bakı və Praqa arasında birbaşa aviareyslərin bərpası iki ölkə arasında əlaqələri daha da asanlaşdırıb. Həftədə üç dəfə həyata keçirilən uçuşlar həm biznes, həm də turizm əlaqələrinin inkişafına təkan verir.
Aprelin 27-də Qəbələdə Prezident İlham Əliyevin Çexiyanın Baş naziri Andrey Babişlə görüşlərindən sonra ölkə başçısı mətbuata bəyanatında söyləyib ki, Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim çox fəal siyasi dialoqumuz var. “Bu gün bir çox məsələlər ətrafında - həm regional, həm ikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır”, - deyə dövlətimizin başçısı əlavə edib.
Bildirilib ki, iki ölkə arasında əməkdaşlığın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Azərbaycan və Çexiya çox etibarlı tərəfdaşlardır. Dövlətimizin başçısı deyib ki, Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur.
Bu gün Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir.
Hazırda Azərbaycan Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alır və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Bu sahənin də çox genişmiqyaslı olacağına əminliyini bildirən dövlətimizin başçısı qeyd edib: “Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır”.
Öz növbəsində Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatında bildirib ki, Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır. Bizim çox səmimi dostluq münasibətlərimiz var. O, Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olduğunu da vurğulayıb.
Çexiya Baş nazirinin Azərbaycana səfəri fonunda aydın olur ki, Azərbaycan artıq regional deyil, daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunur. Diplomatik fəallığın artması, yeni mərkəzlərin, xüsusilə Qəbələnin ön plana çıxması və iqtisadi əməkdaşlığın dərinləşməsi ölkəmizin beynəlxalq sistemdə rolunun gücləndiyini təsdiqləyir. Bu proseslər Azərbaycanın Avropa ilə münasibətlərində də daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşmanın formalaşdığını göstərir. Eyni zamanda, enerji təhlükəsizliyi, alternativ təchizat marşrutları və yaşıl enerji gündəliyi kimi istiqamətlər ikitərəfli əməkdaşlığın yeni konturlarını müəyyən edir.

Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

скачать dle 10.6фильмы бесплатно


232

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.