• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib

28-04-2026, 20:00 | Baxılıb: 158
“İqtisadiyyat Nazirliyinə və

Prezident İlham Əliyev "Dövlət xidmətləri haqqında" 31 oktyabr 2025-ci il tarixli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə 3 dekabr 2025-ci il tarixli fərmanında dəyişiklik edib.

Diaspor.info xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinə və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN Xidmət") yeni səlahiyyət verilib.

Belə ki, dövlət xidmətinin istifadəçisi üçün vahid hüquqi nəticənin yaranmasına səbəb olan hər hansı bir inzibati icraat fərqli xidmət təminatçıları tərəfindən təmin edilən bir neçə dövlət xidmətindən ibarətdirsə, həmin dövlət xidmətləri İqtisadiyyat Nazirliyi, vahid xidmət mərkəzlərində isə "ASAN Xidmət" tərəfindən əlaqələndirilməklə formalaşdırılmalıdır.

Eyni zamanda dövlət xidmətlərinin göstərilməsinin çevikliyini, səmərəliliyini artırmaq, habelə xidmət istifadəçilərinin əlavə vaxt itkisinin və məsrəflərinin qarşısını almaq, xidmətlərin daha keyfiyyətli, rahat və innovasiyaları tətbiq etməklə həyata keçirilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda dövlət xidmətləri xidmət təminatçısına tabe olmayan, maraqlar toqquşmasını istisna edən nəzarət və monitorinq mexanizminin təmin edildiyi vahid və əlaqələndirilmiş formada sözügedən dövlət qurumlarının müəyyən etdiyi orqanın (qurumun) vahid xidmət mərkəzlərində həyata keçirilə bilər. Bu halda xidmət təminatçısı tərəfindən vahid xidmət mərkəzlərində həyata keçirilən dövlət xidmətinin dizaynının hazırlanması və reqlamentinin təsdiq edilməsi "ASAN Xidmət"in müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla həyata keçirilir.

Bundan başqa, dövlət xidmətinin göstərilməsi ilə əlaqədar həmin xidmət üzrə xidmət təminatçısından əlavə sahibkarlıq fəaliyyəti ilə məğul olan fiziki və hüquqi şəxslər tərəfindən əlavə xidmətlər göstərilirsə, həmin fiziki və hüquqi şəxslərin siyahısı xidmət təminatçısının və "ASAN Xidmət"in müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və aktuallığı təmin edilir.скачать dle 10.6фильмы бесплатно


158

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.