• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan və BƏƏ arasında Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ikinci iclası Bakıda baş tutub

29-04-2026, 11:30 | Baxılıb: 136
“Azərbaycan və BƏƏ arasında Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ikinci iclası Bakıda baş tutub

Aprelin 28-də Bakı şəhərində Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Diaspor.info-ya bildirilib ki, iclasa komitənin həmsədrləri qismində Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə dövlət naziri Saeed Al Hajeri rəhbərlik ediblər.

Komitənin işi çərçivəsində nazir müavini Y.Rəfiyev və dövlət naziri S.Al Hajeri arasında təkbətək görüş keçirilib. Daha sonra həmsədrlərin rəhbərliyi, hər iki ölkənin səfirlərinin və aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı ilə geniştərkibli iclas baş tutub. Alt komitələr tərəfindən təqdim olunan hesabatlar əsasında əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafı müzakirə edilib.

Görüş çərçivəsində ötən ilin noyabr ayında Əbu-Dabidə baş tutmuş komitənin ilk iclasından bu yana görülmüş işlər nəzərdən keçirilib, əldə olunmuş nəticələr qiymətləndirilib, eləcə də qarşıdakı dövr üçün prioritet istiqamətlər, konkret təşəbbüslər və birgə layihələr üzrə fikir mübadiləsi aparılıb.

Həmsədrlər komitənin ilk iclası çərçivəsində razılaşdırılmış yol xəritəsi və iş planlarının icra prosesini müsbət qiymətləndirərək, konkret nəticələrə yönəlmiş əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bununla yanaşı, qarşıdakı dövr üçün yeni təşəbbüslərin irəli sürülməsi, mövcud mexanizmlərin daha da təkmilləşdirilməsi və əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi ilə bağlı razılıq ifadə olunub.

İclasda Xarici İşlər Nazirliyi ilə yanaşı, Azərbaycan Respublikası tərəfindən İqtisadiyyat, Energetika, Ədliyyə, Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, habelə Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, Azərbaycan İnvestisiya Holdinqi və AZCON Holdinqin nümayəndələri iştirak ediblər.скачать dle 10.6фильмы бесплатно


136

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.