• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan və BƏƏ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir

29-04-2026, 15:00 | Baxılıb: 166
“Azərbaycan və BƏƏ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir

Səhiyyə naziri Teymur Musayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Diaspor.info-ya verilən məlumata görə, T.Musayev Prezident İlham Əliyevin BƏƏ-yə, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, bu səfərlər zamanı aparılan müzakirələrin iki ölkə arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Nazir Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə, o cümlədən səhiyyə sektorunda əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. O, ölkəmizdə səhiyyə sisteminin modernləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və rəqəmsal səhiyyə həllərinin tətbiqi istiqamətində həyata keçirilən islahatlardan bəhs edib.

Səid bin Mübarək Əl-Haciri isə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəsinin Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıb.

Tərəflər görüş zamanı səhiyyə sahəsində əməkdaşlığın cari vəziyyətini və gələcək inkişaf perspektivlərini geniş müzakirə ediblər. Xüsusilə innovativ tibbi texnologiyaların tətbiqi, səhiyyə infrastrukturunun inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması, rəqəmsal səhiyyə sistemlərinin qurulması diqqət mərkəzində olub. Bununla yanaşı, tibbi kadrların hazırlanması və ixtisasartırma proqramları, tədqiqat və innovasiya sahəsində əməkdaşlıq, eləcə də qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tərəflər bu cür görüşlərin qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb, gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və konkret layihələr üzrə işlərin davam etdirilməsi barədə razılığa gəliblər.скачать dle 10.6фильмы бесплатно


166

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.