• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Azərbaycan-Ermənistan sülh gündəliyi barədə məlumatlandırılıb

1-05-2026, 14:00 | Baxılıb: 158
“Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Azərbaycan-Ermənistan sülh gündəliyi barədə məlumatlandırılıb

Mayın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Miryana Spolyariç Eggeri qəbul edib.

Nazirliyin Mətbuat xidməti idarəsindən Diaspor.info-ya bildirilib ki, görüş zamanı Azərbaycan ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın uzunmüddətli və etimada əsaslanan xarakter daşıdığı vurğulanıb, tərəflər arasında mütəmadi təmasların davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin regionumuzda həyata keçirdiyi humanitar fəaliyyətlər müzakirə edilib, Azərbaycanın bu addımlara göstərdiyi dəstəyin önəmi vurğulanıb.

Nazir Ceyhun Bayramov regionda gərginlik və hərbi əməliyyatlar fonunda Azərbaycanın hər zaman humanitar prinsiplərə sadiq qaldığını, o cümlədən İranda hərbi əməliyyatların davam etdiyi dövrlərdə bu ölkəyə humanitar yardımların göstərildiyini diqqətə çatdırıb.

Müasir dövrdə silahlı münaqişələrin əsasən mülki əhali üçün ağır nəticələr doğurduğu bildirilərək, beynəlxalq ictimaiyyətin bu istiqamətdə səylərinin artırılmasının vacibliyi qeyd edilib. Bu kontekstdə, Azərbaycanın beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa verdiyi önəm, habelə bu prinsiplərə daim riayət etdiyi xüsusi vurğulanıb.

Görüşdə, həmçinin postmünaqişə dövründə regionumuzda sülhün və sabitliyin bərqərar olunması istiqamətində atılan addımlar müzakirə edilib. C.Bayramov Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.скачать dle 10.6фильмы бесплатно


158

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.