• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Berlində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

10-05-2026, 15:30 | Baxılıb: 176
“Berlində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Berlində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Almaniyanın paytaxtı Berlində müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə musiqili tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin və Almaniya Azərbaycanlıları Alyansının birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin formalaşdırılmasında müstəsna xidmətlərindən bəhs edib. Səfir bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanda sabitlik bərpa olunub, dövlət institutları gücləndirilib və ölkəmizin gələcək inkişafının təməli qoyulub. Ulu Öndərin həyata keçirdiyi müdrik xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşına çevrilib.
Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun gerçəkləşdiyi xüsusi qeyd olunub.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev çıxışında görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində müstəsna xidmətlərindən danışıb. Ulu Öndərin strateji kursunda Almaniya ilə münasibətlərin inkişafının xüsusi yer tutduğunu vurğulayıb və bu gün Azərbaycan-Almaniya əməkdaşlığının iqtisadiyyat, təhsil, innovasiya və mədəni-humanitar sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb.
Çıxışlardan sonra tədbir bədii proqramla davam edib. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan “Elegiya” və digər musiqi əsərlərinin Xalq artisti Faiq Sücəddinov tərəfindən səsləndirilməsi tamaşaçıları heyran edib. Xalq artisti Əlixan Səmədovun balabanda əsrarəngiz ifası isə unudulmaz təəssürat yaradıb.
“Simurq” muğam ansamblının ifasında Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət konsert proqramı böyük maraq və alqışlarla qarşılanıb. Əməkdar artist Şölə Səfərəliyevanın və Mirələm Mirələmovun ifaları hər kəsin zövqünü oxşayıb.
Konsert proqramında Əməkdar artist Kamran Kərimovun (nağara), Elnur Mikayılovun (kamança), Anar Vəlizadənin (balaban), Zəki Vəliyevin (tar), İdris Hüseynovun (ud) və Vasif Huseynin (piano) ifaları tədbirə xüsusi musiqi ovqatı bəxş edib.

скачать dle 10.6фильмы бесплатно

176

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.