• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rumıniya mətbuatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb

11-05-2026, 15:00 | Baxılıb: 163
“Rumıniya mətbuatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb

Rumıniyanın “Ziarul de Iași” nəşrində siyasi ekspert Çiprian İftimoayenin müəllifi olduğu “Cənubi Qafqaz: qonşuluq, enerji və təhlükəsizlik. Rumıniya Avropa İttifaqının yaxın qonşuluğunda hansı rol oynaya bilər?” sərlövhəli geniş təhlil məqaləsi dərc olunub.

Diaspor info xəbər verir ki, məqalədə son illərdə Cənubi Qafqaz regionunun Avropa İttifaqı üçün yalnız geosiyasi deyil, həm də enerji və təhlükəsizlik baxımından strateji əhəmiyyətini daha da artırdığı bildirilib. Müəllif qeyd edir ki, Ukraynadakı müharibədən sonra Avropa alternativ enerji marşrutlarına və yeni tərəfdaşlıqlara daha çox diqqət yetirməyə başlayıb və bu kontekstdə Azərbaycan regionun əsas aktorlarından biri kimi ön plana çıxır.

Çiprian İftimoaye yazır ki, Rumıniya Qara dəniz hövzəsində yerləşməsi, enerji və logistika infrastrukturu, həmçinin Avropa İttifaqı və NATO üzvlüyü sayəsində Cənubi Qafqaz ilə Avropa arasında strateji körpü rolunu oynaya bilər. Məqalədə, xüsusilə Orta Dəhliz, Qara dəniz üzərindən enerji və məlumat bağlantıları, eləcə də nəqliyyat marşrutlarının əhəmiyyəti vurğulanır.

Təhlildə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu ayrıca qeyd olunur. Müəllif bildirir ki, Azərbaycan qazının Avropa bazarına çatdırılması Cənub Qaz Dəhlizi vasitəsilə strateji əhəmiyyət qazanıb və Rumıniya bu prosesdə regional enerji qovşaqlarından birinə çevrilməyə çalışır.

Məqalədə Gürcüstanın tranzit ölkə kimi rolu və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının regionun gələcək iqtisadi inkişafına təsiri də geniş şəkildə təhlil edilir. Müəllifin fikrincə, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi Avropa üçün həm enerji, həm də ticarət baxımından yeni imkanlar yarada bilər.

Çiprian İftimoaye qeyd edir ki, Rumıniya yalnız enerji sahəsində deyil, rəqəmsal təhlükəsizlik, liman infrastrukturu və regional nəqliyyat layihələri istiqamətində də fəal iştirak etməlidir. Onun fikrincə, Konstansa limanı və Qara dəniz marşrutları yaxın illərdə Avropa ilə Qafqaz və Mərkəzi Asiya arasında əsas bağlantı nöqtələrindən birinə çevrilə bilər.

Məqalədə vurğulanır ki, Avropa İttifaqı üçün Cənubi Qafqaz artıq uzaq periferik region deyil, birbaşa strateji qonşuluq məkanı hesab olunur. Müəllif hesab edir ki, Rumıniya bu yeni geosiyasi reallıqdan istifadə edərək region siyasətində daha fəal və təsirli mövqe qazana bilər.скачать dle 10.6фильмы бесплатно


163

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.