• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

15-05-2026, 20:00 | Baxılıb: 169
“Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatını (TDT) müasir dövrün böhran və çağırışlarına qarşı mübarizə məsələlərində ortaq mövqe formalaşdırmağa çağırıb.

Diaspor.info xəbər verir ki, TDT dövlət başçılarının Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxış edən Türkiyə lideri Türk dünyasında, o cümlədən texnologiyalar və rəqəmsallaşma sahəsində əməkdaşlığın dərinləşdirilməsinin aktuallığını vurğulayıb.

“Hazırkı Zirvə görüşündə süni intellekt və rəqəmsal inkişafa həsr olunmuş mövzunun seçilməsini çox vaxtında atılmış addım hesab edirəm. Bəşəriyyətin gələcəkdə təsir imkanlarının genişlənməsinin təminatı TDT ölkələri arasında əlaqələrin, xüsusilə də texnologiyalar sahəsində əməkdaşlığın maksimum dərəcədə dərinləşdirilməsidir. Əminəm ki, Türk dünyasının rəqəmsallaşma yolu ilə inkişafı gələcəyin proseslərini idarə etmək baxımından son dərəcə vacibdir”, – deyə Türkiyənin dövlət başçısı bildirib.

Türkiyə Prezidenti maarifçi İsmayıl Qaspıralının məşhur “Dildə, fikirdə, işdə birlik” ifadəsini xatırladaraq qeyd edib ki, həmrəylik TDT ölkələrinin ortaq rəqəmsal vizyonunun formalaşdırılması yolu ilə də həyata keçirilməlidir.

“Birgə texnoloji layihələrin hazırlanması, şübhəsiz ki, bu vizyonun həyata keçirilməsinə töhfə verəcək. Rəqəmsal transformasiyada geridə qalmaq müstəqilliyimizi də təhlükə altına qoyur”, – deyə siyasətçi bildirib. O vurğulayıb ki, süni intellekt hökmranlıq alətinə çevrilməməlidir.

Prezident Ərdoğan daha sonra qeyd edib ki, Türkiyə yüksək texnologiyaların geniş tətbiq olunduğu müdafiə sənayesində toplanmış təcrübəni də TDT üzvləri ilə bölüşməyə hazırdır: “Türk dövlətlərinin müdafiə sənayesi strukturları nümayəndələrinin görüşlərinin müntəzəm keçirilməsinə böyük önəm veririk”.

Türkiyənin dövlət başçısı Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Türküstandakı sammitdə iştirakından məmnunluğunu ifadə edərək, Lefkoşanı “Türk dünyasının ayrılmaz hissəsi” adlandırıb. “Ümid edirəm ki, Türk dünyası ŞKTC ilə siyasi, iqtisadi və mədəni əlaqələri bundan sonra da möhkəmləndirəcək”, – deyə siyasətçi qeyd edib.

Türkiyə Prezidenti təşkilatın fəaliyyətdə olan sədri - Azərbaycana “TDT-nin ailə məclisi”nin inteqrasiya proseslərinə verdiyi töhfəyə, həmçinin Qazaxıstana Türküstandakı Zirvə görüşünün təşkilinə görə təşəkkürünü bildirib.скачать dle 10.6фильмы бесплатно


169

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.