• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

WUF13-ün ilk günü nazirlər görüşü, bayraq qaldırma mərasimi və Assambleya sessiyaları ilə yadda qalıb

18-05-2026, 09:30 | Baxılıb: 152
“WUF13-ün ilk günü nazirlər görüşü, bayraq qaldırma mərasimi və Assambleya sessiyaları ilə yadda qalıb

Mayın 17-də Bakı şəhərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) işə başlayıb.

WUF13-ün ilk günündə Azərbaycanın sədrliyi ilə keçirilən və yeni təşəbbüs kimi irəli sürülən Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş nazirlər səviyyəsində keçirilən görüşdə 100-dən çox ölkənin nümayəndələri iştirak edib. Yeni Şəhərsalma Gündəliyinin 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi kimi mövzuları əhatə edib.

Diaspor.info xəbər verir ki, spikerlər Azərbaycan hökumətinə göstərilən səmimi qonaqpərvərliyə, həmçinin 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirən WUF13-ün Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda, onlar layiqli mənzil təminatı və dayanıqlı şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın təşviqi məqsədilə bu mühüm platformanın yaradılmasında Prezident İlham Əliyevin rəhbərliyini, eləcə də UN-Habitat və təşkilatın icraçı direktoru Anaklaudia Rossbaxın səylərini yüksək qiymətləndiriblər.

Çıxışlarda əsas vurğulanan məqamlardan biri mənzil məsələsinin ayrı-ayrılıqda deyil, digər sahələrlə əlaqəli şəkildə həll olunmasının vacibliyi olub. Spikerlər mənzil siyasətinin torpaq idarəçiliyi, infrastruktur, nəqliyyat, xidmətlər, məşğulluq, ictimai məkanlar, iqlim fəaliyyəti və yerli iqtisadi inkişafla əlaqələndirilməsinin əhəmiyyətini qeyd ediblər. Həmçinin ikinci dərəcəli şəhərlərin, kiçik yaşayış məntəqələrinin, şəhər-kənd əlaqələrinin və balanslı ərazi inkişafının dəstəklənməsini nəzərdə tutan daha inteqrə olunmuş və məkan əsaslı yanaşmalara çağırış edilib. Görüş Sədrin Xülasəsi sənədinin qəbulu ilə başa çatıb.

Spikerlər müharibə, münaqişə və fəlakətlərin şəhərlərə, mənzil fonduna, infrastruktura və əsas xidmətlərə təsirini, eləcə də bunun yaratdığı məcburi köçkünlük və humanitar problemləri diqqətə çatdırıblar. Nümayəndə heyətləri postmünaqişə dövründə yenidənqurma və bərpa proseslərinin əhəmiyyətini də vurğulayıblar. Azərbaycanın postmünaqişə bərpa təcrübəsi müsbət nümunə kimi dəyərləndirilib və oxşar vəziyyətlərdə tətbiq oluna biləcək model kimi qeyd edilib.Bu günün ən diqqətçəkən və simvolik hadisələrindən biri Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqlarının qaldırılması mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.

Forumun ilk günü, həmçinin fərqli mövzularda keçirilən Assambleyaların birgə açılış sessiyaları ilə yadda qalıb. Sözügedən Assambleya sessiyaları sırasında Qadınlar Assambleyası, Yerli və regional hökumətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası, eləcə də Biznes Assambleyası yer alıb.

Keçirilən əlavə tədbirlər sırasında BMT-nin Məskunlaşma Proqramı, Qlobal Su Operatorların Tərəfdaşlıq Alyansı (GWOPA) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkil etdiyi “Global Water Operators’ Partnerships Alliance” Assambleyası da yer alır. Hər iki ildən bir keçirilən GWOPA Assambleyası ilk dəfə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunub.

Qeyd edək ki, 17–22 may tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu adı altında keçirilən WUF13 tədbiri minlərlə iştirakçını, o cümlədən dövlət və hökumət başçılarını, nazirlərini, merləri, biznes nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirir.скачать dle 10.6фильмы бесплатно


152

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.