• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Şahbaz Şərif: Pakistan güclənən Azərbaycanla qardaşlıq münasibətlərinə çox böyük əhəmiyyət verir

21-05-2026, 20:00 | Baxılıb: 150
“Şahbaz Şərif: Pakistan güclənən Azərbaycanla qardaşlıq münasibətlərinə çox böyük əhəmiyyət verir

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Diaspor.info xəbər verir ki, Pakistan Baş nazirinin təbrik məktubunda deyilir:

"Zati-aliləri, əziz Qardaşım.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə, eyni zamanda, hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Bu tarixi gün Azərbaycan xalqının mətanətini, qətiyyətini və sarsılmaz ruhunu təcəssüm etdirir. Pakistan xalqı böyük ölkənizin tərəqqi, sabitlik və inkişaf yolunda mühüm irəliləyişini mənimlə birlikdə yüksək dəyərləndirir.

Zati-alinizlə və əziz Qardaşımız Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə ötən il Azərbaycanda iştirak etmək şərəfinə nail olduğum Müstəqillik Günü tədbirləri yaddaşımda hər zaman xoş xatirə kimi qalacaq.

Zati-aliləri, Pakistan müdrik rəhbərliyinizlə davamlı şəkildə güclənən və inkişaf edən Azərbaycanla qardaşlıq münasibətlərinə çox böyük əhəmiyyət verir. Qardaşlığımız regional sülhə dair ortaq baxışı, qarşılıqlı hörməti və tərəfdaşlığımızın münasibətlərin dərinliyinə uyğun şəkildə inkişafı ilə bağlı istəyimizi əks etdirir.

Əminəm ki, Zati-alinizin müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan daha böyük uğurlara və daha yüksək rifaha nail olacaq.

Sizi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Çox yaxın gələcəkdə Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.

Fürsətdən istifadə edərək Zati-alinizi Pakistana rəsmi səfərə dəvətimi bir daha təkrarlayıram. Sizi ölkəmizdə çox səmimi qarşılamaqdan məmnun olardıq.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı tərəqqi arzu edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".скачать dle 10.6фильмы бесплатно


150

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.