QAX RİH BAŞÇISI ELVİN PAŞAYEV BÖLGƏDƏ YAZIB-YARADAN ŞAİR VƏ YAZIÇILARLA GÖRÜŞÜB.
06-06-2026-cı il tarixində
Azərbaycan Yazıçılar Birliyi Şimal-qərb regional bölməsinin Qax və Zaqataladan olan üzvləri Qax RİH-nin başçısı Elvin Paşayevlə görüşüb.
Üç saatdan artıq çəkən görüş İcra başçısının Bölgə yazıçılarına ayırdığı otaqda baş tutub. Görüşdə Qaxlı yazarlar rayonda uzun illər yığılıb qalmış problemlərlə yanaşı, Qaxın inkişafı üçün öz təkliflərini də irəli sürüblər. 
Səmimiyyətilə özünə böyük nüfuz qazanan Qax RİH başçısı öz çıxışında xüsusi qeyd edibki, dünən dünəndə qaldı, onu müzakirə etməyinə dəyməz. Gəlin bu gün və sabah nə iş görməli olduğumuzu birgə müzakirə edək.
Elvin müəllim hər bir şairin, yazıçının fikirlərinə çox diqqətlə və təmkinlə qulaq asdıqdan sonra yerindəcə sualları cavablandırıb. Şairlərin çoxu ilk dəfə bu qədər səmimi və əlçatan rəhbər gördüklərini gizlətməyib , əksinə bundan maksimum istifadə edərək rayonun, yaşadıqları kəndin və şəxsi problemlərini də rayon rəhbərinə sərbəst şəkildə çatdırıblar.
Bu görüşə icra başçısı tək gəlmişdi, odur ki, hamı ürəyindən keçən arzularını sərbəst, həm də çəkinmədən söylədilər.
Qaldırılan məsələlər arasında səhiyyə, torpaq, yol, qaz, məşğuliyyətlə bağlı məsələlərlə yanaşı, rayon qəzeti olan “Şəlalə”qəzetinin yenidən işıq üzü görməsi, yazıçılar kafesinin açılmasına kimi məsələlər müzakirə edildi.
İcra başçısının kitaba, şair və yazıçıya, ümumiyyətlə ziyalılara bu qədər önəm verməsi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Ağsaqqal şair Osman Ümman
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlıq edərək icra başçısının onlara göstərdiyi diqqət və qayğısını məhz onun şair və yazıçılara göstərdiyi diqqət kimi qəbul etdiyini vurğuladı.
Sonda AYB Şimal-qərb regional bölməsinin sədri Əlmaniz Ələkbərli Qax RİH başçısı Elvin Paşayevə dəvəti qəbul edərək bölgə yazarlarıyla görüşə gəldiyi üçün bütün şair və yazıçılar adından təşəkkürünü bildirib.





Diaspor.info
Qax bölməsi