• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezidentin xüsusi nümayəndəsi: Ağdam, Füzuli və Xocavənd Azərbaycanın əsas aqrar-investisiya mərkəzinə çevriləcək

Dünən, 17:00 | Baxılıb: 24
“Prezidentin xüsusi nümayəndəsi: Ağdam, Füzuli və Xocavənd Azərbaycanın əsas aqrar-investisiya mərkəzinə çevriləcək

Ağdam, Füzuli və Xocavənd rayonlarında kənd təsərrüfatının inkişafı, investisiya mühitinin genişləndirilməsi və müasir aqrar istehsal modelinin formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Diaspor info-nun məlumatına görə, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Zəngilanda keçirilən regional müşavirədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, əsas məqsəd regionda yüksək məhsuldarlığa əsaslanan, innovativ və ixracyönümlü aqrar sistemin qurulmasıdır. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı yalnız torpaqların dövriyyəyə qaytarılması ilə məhdudlaşmır, eyni zamanda müasir texnologiyalar əsasında tam dəyər zənciri formalaşdırılır.

“İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı suya qənaət edən texnologiyalar, ağıllı suvarma sistemləri və rəqəmsal idarəetmə həlləri əsasında qurulur. Eyni zamanda istehsalın emal, saxlama, qablaşdırma, logistika və ixrac mərhələlərini əhatə edən inteqrasiya olunmuş modelin tətbiqi əsas prioritet kimi müəyyən edilib”, - deyən E.Hüseynov bildirib ki, Ağdam, Füzuli və Xocavənd rayonları üzrə ümumilikdə 95 min hektardan artıq əkinəyararlı torpaq sahəsi mövcuddur. Bu sahələrin 45 min hektardan çox hissəsinin yerli sakinlərin istifadəsinə verilməsi, 50 min hektarının isə investisiya layihələri çərçivəsində sahibkarlara ayrılması nəzərdə tutulur. Hazırda investorlar üçün nəzərdə tutulan torpaq fondunun təxminən 24 min hektarının istifadəsiz qalması aqrar sektor üzrə yeni layihələr üçün geniş imkanlar yaradır.

Onun sözlərinə görə, Ağdam rayonu geniş torpaq ehtiyatları və əlverişli relyefi ilə taxılçılıq, yemçilik, heyvandarlıq, bağçılıq və emal sənayesinin inkişafı üçün böyük potensiala malikdir. Füzuli rayonu strateji nəqliyyat mövqeyi, beynəlxalq hava limanı və logistika imkanları ilə aqroemal və ixracyönümlü layihələr üçün əlverişli şərait yaradır. Xocavənd rayonu isə üzümçülük, meyvəçilik, arıçılıq və dağlıq ərazilərdə kənd təsərrüfatının inkişafı üçün xüsusi potensiala sahibdir.

Eyni zamanda, regionda iri və orta fermer təsərrüfatlarının yaradılması, aqroparkların formalaşdırılması, heyvandarlıq və yemçilik təsərrüfatlarının genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin qurulması, balıqçılıq və akvakultura layihələrinin təşviqi, logistika və saxlama infrastrukturunun inkişafı prioritet istiqamətlər kimi müəyyən edilib.

Xüsusi nümayəndə bildirib ki, aqrar sektorun dayanıqlı inkişafı üçün yanğın təhlükəsizliyi, bitki və heyvan xəstəliklərinə qarşı mübarizə, zərərvericilərə qarşı tədbirlər və biotəhlükəsizlik mexanizmləri gücləndirilməlidir. Bu məqsədlə aidiyyəti qurumlar, yerli təsərrüfat subyektləri və qonşu regionlar arasında koordinasiya artırılır və qabaqlayıcı risk idarəetmə tədbirləri tətbiq olunur.

“Qarşıdakı dövrdə dövlət dəstəyi, özəl sektorun fəallığı və investisiya imkanlarının genişlənməsi nəticəsində Ağdam, Füzuli və Xocavənd rayonlarının Azərbaycanın əsas aqrar-investisiya və aqroemal mərkəzlərindən birinə çevriləcəyi gözlənilir”, - deyə Emin Hüseynov qeyd edib.скачать dle 10.6фильмы бесплатно


24

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
Nazir: 2025-ci ildə dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun şəkildə icra edilib
Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib
Əli Əhmədov: Qurtuluş məfkurəsi Azərbaycanın gələcəyinə istiqamət verir
Prezidentin xüsusi nümayəndəsi: Ağdam, Füzuli və Xocavənd Azərbaycanın əsas aqrar-investisiya mərkəzinə çevriləcək
Sahibə Qafarova: Dövlət parçalanmaq təhlükəsi ilə üz-üzə qalarkən Ulu Öndər Azərbaycanı xilas etdi

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır

Nazir: 2025-ci ildə dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun şəkildə icra edilib

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib

Əli Əhmədov: Qurtuluş məfkurəsi Azərbaycanın gələcəyinə istiqamət verir

Prezidentin xüsusi nümayəndəsi: Ağdam, Füzuli və Xocavənd Azərbaycanın əsas aqrar-investisiya mərkəzinə çevriləcək

Sahibə Qafarova: Dövlət parçalanmaq təhlükəsi ilə üz-üzə qalarkən Ulu Öndər Azərbaycanı xilas etdi

İlham Əliyev Vladimir Putini təbrik edib

Azərbaycan diasporu Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri münasibətilə təntənəli tədbir təşkil edib

İlham Əliyev Filippin Prezidentini təbrik edib

Milli Məclis növbədənkənar sessiya çərçivəsində daha 10 məsələnin müzakirəsinə başlayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.