• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İƏT-in üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılış mərasimi olub

Dünən, 19:00 | Baxılıb: 38
“İƏT-in üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılış mərasimi olub

İyunun 24-də Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılış mərasimi olub.

Diaspor info xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Qurani-Kərimdən ayələr qiraət olunub.

Sonra Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciəti Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən oxunub.

Açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib.

İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani video-müraciətlə çıxış edərək təşkilatın ötən dövrdə üzv ölkələr arasında dialoqun, sülhün və davamlı inkişafın təşviqinə mühüm töhfələr verdiyini deyib. O, konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib, sessiyanın məhsuldar müzakirələr və mühüm qərarlarla yadda qalacağına əminliyini bildirib və Azərbaycana təşkilata sədrlikdə uğurlar arzulayıb.

Sonra Milli Məclisin sədri, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının sədri Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, müsəlman ölkələri ilə həm ikitərəfli əsasda, həm də ortaq təşkilatlarımız çərçivəsində münasibətlərin inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ona üzv dövlətlər ərazilərimizin işğalı dövründə, eləcə də münaqişədən sonra hər zaman Azərbaycanla həmrəy olduqlarını ifadə ediblər.

O bildirib ki, son 30 ildə İƏT və İƏT Parlament İttifaqı tərəfindən Ermənistanın təcavüzünü pisləyən, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qərarlar və qətnamələr qəbul edilib.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan İslam mədəniyyətini təşviq edən, İslamın sülh və mərhəmət dini kimi əsl mahiyyətini nümayiş etdirən çoxsaylı tədbirlər təşkil edib və təşəbbüslər irəli sürüb.

İttifaqın Baş katibi Muhammed Xurayçi Niyass İslam dünyasında dayanıqlı və inklüziv inkişafın təşviqi məqsədilə keçirilən konfransa göstərdiyi yüksək himayəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Baş katib vurğulayıb ki, bu, Prezident İlham Əliyevin İslam əməkdaşlığına verdiyi dəyərin bariz nümunəsidir. Eyni zamanda, Bakının bu cür genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üçün etibarlı və fəal rolunu bir daha nümayiş etdirir.O qeyd edib ki, bu tədbir son dərəcə mürəkkəb bir dövrdə baş tutub. Beynəlxalq ədalət sistemində uçurum dərinləşir, İslam aləmi isə ciddi çağırışlarla üz-üzədir. Dağıdıcı müharibələr xalqları tükəndirir, qlobal ərzaq təhlükəsizliyinə və enerji təminatına birbaşa təsir göstərir. Bu səbəbdən münaqişə və müharibələrin bütün formalarının rədd edilməsi zəruridir. Fikir ayrılıqlarının həllində dialoqdan ən optimal vasitə kimi istifadə olunması vacibdir.

Sonra sessiyanın gündəliyindəki məsələlərə baxılıb. Təşkilatın yeni büro üzvləri müəyyənləşdirilib. İƏT Pİ-də Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Ceyhun Məmmədov sessiyanın məruzəçisi seçilib. Həmçinin təşkilatın baş katibinin hesabatı təsdiqlənib və digər məsələlər nəzərdən keçirilib.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf, Mozambikin Respublika Assambleyasının sədri Marqarida Talapa, İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadi, Niger Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey, Omanın Şura Məclisinin sədri Xalid Hilal Nasir Əl-Maavali, Qətər Dövlətinin Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanim, Yəmənin Nümayəndələr Palatasının sədri Sultan Səid Əlbarkani, Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Ziya Öztürkler çıxışlarında qeyd ediblər ki, dünyada artan mürəkkəb çağırışlar və dərin dəyişikliklər fonunda artan bərabərsizliklər və qlobal problemlər dövlətlərin qarşısında yeni vəzifələr qoyur. Belə bir şəraitdə parlamentlərin və parlamentarilərin rolu getdikcə daha da artır.скачать dle 10.6фильмы бесплатно


38

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ceyhun Bayramov polşalı həmkarı ilə Cənubi Qafqazı və Ukraynaya dəstəyi müzakirə edib
Dövlət başçısı İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib
Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib
Qiymətləndirmə fəaliyyəti üzrə test imtahanında 272 nəfər iştirak edəcək
Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirak üçün Polşaya gedib

Ceyhun Bayramov polşalı həmkarı ilə Cənubi Qafqazı və Ukraynaya dəstəyi müzakirə edib

Dövlət başçısı İlham Əliyev Sloveniya Prezidentini təbrik edib

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib

Qiymətləndirmə fəaliyyəti üzrə test imtahanında 272 nəfər iştirak edəcək

Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirak üçün Polşaya gedib

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək

İƏT-in üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılış mərasimi olub

Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.