• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan ilə UN-Habitat arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalanıb

Dünən, 09:30 | Baxılıb: 20
“Azərbaycan ilə UN-Habitat arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalanıb

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru - dayanıqlı şəhər inkişafı üçün inteqrəolunmuş ərazi planlaşdırması” layihəsi üzrə Töhfə Sazişi imzalanıb.

Diaspor info-nun məlumatına görə, sənədi Komitə sədri Anar Quliyev və UN-Habitatın icraçı direktoru Anaklaudiya Rossbax imzalayıblar.

Saziş Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur. Bununla UN-Habitat Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin layihələndirilməsi prosesində birbaşa iştirak edəcək. Bu əməkdaşlıq Böyük Qayıdışa dair II Dövlət Proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlər üçün daha dayanıqlı və insanmərkəzli yaşayış mühitinin formalaşdırılmasına töhfə verəcək.

Saziş çərçivəsində UN-Habitat-ın beynəlxalq ekspertləri azərbaycanlı mütəxəssislərlə birlikdə Cəbrayıl rayonunun Quycaq və Kəlbəcər rayonunun Mollabayramlı kəndləri üzrə ərazi planlaşdırılması sənədlərini birgə hazırlayacaqlar. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı yaşayış məntəqələrinin layihələndirilməsi üzrə müasir yanaşmalar beynəlxalq peşəkar təşkilatların tövsiyələri nəzərə alınmaqla təkmilləşdiriləcək.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri də milli insan kapitalının və institusional potensialın gücləndirilməsidir. Bu məqsədlə beynəlxalq ekspertlərin iştirakı ilə şəhərsalma, ərazi planlaşdırılması və dayanıqlı inkişaf sahələrində fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər üçün təlimlər və praktiki seminarlar təşkil olunacaq. Bu isə qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, yerli mütəxəssislərin bilik və bacarıqlarının, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətində uzunmüddətli milli ekspert potensialının artırılmasına imkan yaradacaq.

İmzalanma mərasimindən əvvəl Anar Quliyev və Anaklaudiya Rossbax arasında ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan ilə UN-Habitat arasında şəhərsalma, məkan planlaşdırılması, dayanıqlı urbanizasiya və iqlim dəyişikliklərinə davamlı şəhərlərin inkişafı sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Tərəflər, həmçinin cari ilin may ayında Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və COP29 çərçivəsində irəli sürülmüş şəhərsalma təşəbbüslərinin nəticələrini nəzərdən keçirərək, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Anaklaudiya Rossbax WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu, tədbirin BMT sistemi və beynəlxalq iştirakçılar tərəfindən yüksək qiymətləndirildiyini, qlobal gündəmlə yerli prioritetləri uğurla bir araya gətirdiyini bildirib. Anar Quliyev isə forum çərçivəsində formalaşmış əməkdaşlığın yeni birgə layihələr üçün əlverişli zəmin yaratdığını, imzalanan sazişin Şərqi Zəngəzur iqtisadi rayonunda dayanıqlı, ağıllı və inklüziv yaşayış məskənlərinin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

Görüşdə iyulun 16-da BMT Baş Assambleyasında başlayacaq Yeni Şəhər Gündəliyinin icrasının aralıq icmalına həsr olunan yüksəksəviyyəli toplantıya hazırlıq da müzakirə olunub. Anaklaudiya Rossbax bildirib ki, siyasi bəyannamə üzrə danışıqlarda mühüm irəliləyiş əldə olunub və tərəflər yekun sənədin qəbuluna nikbin yanaşırlar. Onun sözlərinə görə, WUF13-də əldə olunan nəticələr və formalaşan əməkdaşlıq bu prosesə mühüm töhfə verib.скачать dle 10.6фильмы бесплатно


20

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanın ixrac və idxal etdiyi elektrik enerjisinin həcmi açıqlanıb
Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
Baş nazir Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
Donald Tramp Azərbaycan Prezidentinin fikirlərinin yer aldığı məqaləni paylaşıb
İyulun birinci yarısında 47 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Azərbaycanın ixrac və idxal etdiyi elektrik enerjisinin həcmi açıqlanıb

Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib

Baş nazir Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

Donald Tramp Azərbaycan Prezidentinin fikirlərinin yer aldığı məqaləni paylaşıb

İyulun birinci yarısında 47 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət edib

Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin 10 azərbaycanlı heyət üzvü təxliyə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.