• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

Dünən, 16:00 | Baxılıb: 34
“Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da “John Deere” şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.

Diaspor info xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Çaba Leyko ilə ötən il Bakıda görüşü məmnunluqla xatırlandı.

Qonaqlar ölkəmizdə gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını dedilər.

“John Deere” şirkətinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Çaba Leyko ölkəmizlə əməkdaşlığı genişləndirilməkdə maraqlı olduqlarını bildirdi.

Görüş əsnasında ölkəmizdə kənd təsərrüfatının geniş potensialının olduğu vurğulandı, bu sahədə müasir texnologiyaların tətbiq edildiyi bildirildi, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərə toxunuldu və bu xüsusda qəbul olunmuş yeni Dövlət Proqramının əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı Azərbaycanla “John Deere” şirkəti arasında gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, kənd təsərrüfatının bir çox istiqaməti üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Qeyd edək ki, “John Deere” 1837-ci ildə ABŞ-də yaradılıb. Kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı sahəsində qlobal miqyasda aparıcı şirkətlərdən biri olan “John Deere”nin 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.скачать dle 10.6фильмы бесплатно


34

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanın ixrac və idxal etdiyi elektrik enerjisinin həcmi açıqlanıb
Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
Baş nazir Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
Donald Tramp Azərbaycan Prezidentinin fikirlərinin yer aldığı məqaləni paylaşıb
İyulun birinci yarısında 47 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Azərbaycanın ixrac və idxal etdiyi elektrik enerjisinin həcmi açıqlanıb

Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib

Baş nazir Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

Donald Tramp Azərbaycan Prezidentinin fikirlərinin yer aldığı məqaləni paylaşıb

İyulun birinci yarısında 47 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət edib

Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin 10 azərbaycanlı heyət üzvü təxliyə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.