NİKALAYEVDƏ DİASPOR FƏALLARININ İŞTİRAKI İLƏ "NİKALAYEV VİLAYƏTİNİN BİOQRAFİK ENSİKLOPEDİYASI " KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB.
Diaspor info saytının Ukrayna bürosunun verdiyi məlumata əsasən Nikalayev şəhərində "Nikalayev Vilayətinin Bioqrafik Ensiklopediya " kitabının təqdimatı olub. Bu barədə saytımıza diaspor fəalı, Nikalayev meriyasında milli məsələlər üzrə köməkçi işləyən yeganə Azərbaycanlı Anar Axundov xəbər verib.
Anar müəllim qeyd edib ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev vilayəti üzrə sədrinin səyi nəticəsində "Nikalayev Vilayətinin Bioqrafik Ensiklopediya " kitabında xeyli soydaşımız haqqında da, məlumat verilib. Xatırladaq ki, sözügedən ensiklopediyada Nikalayev vilayətinin məşhur insanları haqqında məlumatlar verilir. Odur ki, bu kitabın oxucuları daha çoxdur. Bu nömrəsində Azərbaycanın iki qəhrəman oğlu, iş adamlarımız və 416-cı Taqanrok diviziyasının şərəfinə ucaldılmış abidə haqqında geniş məlumatlar yerləşdirilib.
Tədbirdə çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev vilayəti üzrə sədri Yunus Alıyev bu kimi dəyərli kitablarda nə qədər soydaşlarımız haqqında məlumatların çox getməsindən və bunun ümumi işin xeyirindən danışmışdır: Kitab bir sənəddir, xüsusən də, Ensiklopedik kitablar daha çox oxunduğu üçün, burada yazılanlar bizdən sonra gələn nəsillər üçün çox dəyərli olacaqdır. Onların diaspor fəaliyyətinə stimul verəcəkdir. Gələcək nəsil bu kitablardan istifadə edərkən qürur duyacaq və Ukrayna torpaqlarını Alman faşistlərinin
işğalından azad edən babaları ilə fəxr edəcəklər. Bax bunun üçün biz bütün gücümüzlə çalışırıq ki, Azərbaycan xalqının nə qədər mübariz olduğunu və Ukrayna xalqına qardaş olduğunu faktlarla gələcək nəsillərə ötürə bilək.
Diaspor info
Nikalayev.
593