ƏLMANİZ ƏLƏKBƏRLİ: BEYLƏQAN SEÇİCİLƏRİ PEŞƏKAR ZABİTİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYİR.
Diaspor info saytının Azərbaycan bürosu xəbər verir ki, bu günlərdə “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin “ sədri Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, Əlmaniz Ələkbərli 81 saylı Beyləqan seçki dairəsindən namizəd olan Muxtar İbrahimovun seçiciləri ilə görüşündə iştirak edib. Əlmaniz müəllim saytımıza bildirib ki, Beyləqan seçicisi daha çox ehtiyyatda olan Polkovnil-leytenant, Peşəkar zabitimiz Muxtar İbrahimova üstünlük verir: “ Beyləqan rayon mədəniyyət evində baş tutan görüşdə seçicilərin fikirlərini diqqətlə izlədim.
Demək olar ki, Beyləqan seçicisinin böyük hissəsi məhz Muxtar İbrahimova səs verəcək. Səbəb isə onun xidmət etdiyi zaman adının təmiz saxlanması, xalqına, elinə-obasına diqqəti, vətəninə sədaqətlə xidmət etməsidir. Görüşdə çıxış edənlərin əksəriyyəti 9 fevral Parlament seçkilərinə qatılacağını və M. İbrahimova səs verəcəyini bildirdi.”
Tədbirdə deputatlığa namizəd Muxtar İbrahimov çıxış edərək öz fikirlərini seçicilərlə bölüşdü:
“ Hörmətli Beyləqanlılar!
Mənim digər namizədlərdən əsas fərqim odur ki, mən də sizlərdən biriyəm.
Məsələn : Bu gün Allahyarli kəndinin torpaq problemi var, hansi ki, qamisliq basib, istifadə edə bilmirlər.
Kəndlərdə Tibb məntəqəsi, vəyaxud da, yol problemini kənardan gələn namizəd haradan bilsin ?
Mən yerli oldugum üçün bu problemlərin nə qədər əhəmiyyətli olduğunu bilirəm , çünki mən də sizlərdən biriyəm.
Emirzeyidli , Sahseven , Bolsulu ve, s. bu kimi kəndlərdə məktəb, yol , tibb məntəqəsi problemlərini mən də sizlər kimi yaxşı bilirəm .
Bilirsinizmi ? , mən Beyləqanlı kimi yaxşi bilirəm ki , bir çox yaşayiş massivlərində , elə böyük problemlər vardir ki , onlarin həlli rayon səviyyəsində həll edilə bilməz !
Odur ki , belə problemləri Milli Məclisdə qaldıraraq – Dovlət proqramlarına salınmasına nail olmaq lazimdir . Mən kənardan gələnləri qınamıram da , axı onlar bu problemləri nə dərəcədə camaatımız üçün əhəmiyyətli olduğunu bilmir .
Mən Hərbiçiyəm , hərbiçinin ehtiyyatda olanı vəyaxud da xidmət edəni arasında fərq çox azdır. Yəni bu gün Ali Baş Komandan İrəli əmri verərsə mən yenə də, Polkovnik – Leytenant kimi doyuşə irəlidə gedənlərdən olacağam .
Şəhid Ailələri , Müharibə Veteranları və Əlilləri haqqında hər hansı bir qanun qəbul olunan zaman mənim təkliflərim daha xeyirli olacaq . Çünki mən həmin ailələrdən biriyəm.
Əgər mənə etimad göstərərsinizsə kənd təsərrüfatı , kiçik sahibkarliqla məşgul olan yerlilərimə bacardigim qədər dəstək olacagam .
Baxın, bu gün Dövlət başçısı Cənab Prezident, regionlar üçün də, çox yaxşi şərait yaradıb . Aztəminatlı ailələrin məşğulluğu ilə baglı mal-qaranın verilməsi , arıçılıq və s. sahələrə birdəfəlik yardim edir . Bütün bunlarin şəffaf olması çox vacibdir .
Bəzən insanlar elə başa düşür ki , deputat imkansizlara pul paylamalıdır . Əzizlərim Azərbaycan dövləti çox qüdrətli bir dövlətdir .
Azərbaycan dövləti hər bir vətəndaşının qayğısına qalır. Lakin bəzi ucqar rayon və kəndlərimizdə, xüsusən də, diqqətdən kənarda qalan bəzi kəndlərimizdə nəinki məktəblər bərbad vəziyyətdədir , hətta poçt xidməti belə yoxdur . Adi maaş almaq üçün terminallar belə yoxdur . Bütün bu kimi kiçik problemləri deputat aidiyyati nazirliklər qarşısında qaldırmalıdır ki , dərhal öz həllini tapsin .
Bəli məhz bundan ötəri , deputat seçildiyi rayondan olmalıdır ki , camaatın dərdini yaxşı anlasın .
Əziz Beyləqanlılar. Bildiyimiz kimi 20 % torpaqlarımız işğal altındadır. Hesab edirəm ki, ordu quruculuğunun daha mükəmməl aparılması üçün Milli Məclisdə , ehtiyyatda olan peşəkar bir hərbiçinin olması çox vacibdir .
Mən Sizləri əmin edirəm ki, hər bir Beyləqanlının problemini öz şəxsi problemim biləcəyəm və onunla urəkdən məşğul olacağam .
Sonda onuda xüsusi olaraq vurğulamaq istəyirəm ki , əgər mənə güvənərək səs verib məni deputat etsəniz , hər ay bir yaşayış massivində şəxsən özüm seçicilərimlə görüşə gələcəyəm və onları maraqlandıran məsələləri araşdıracagam . Bundan əlavə rayonda yaradılmış ofisdə, köməkçim hər gün seçicilərimin xidmətində olacaq və onları düşündürən məsələləri qeydə alaraq mənə çatdıracaq !
ƏZİZ BEYLƏQANLİLAR MƏNƏ SƏS VERİN Kİ , SƏSİNİZ EŞİDİLSİN !
Daha sonra çıxış edən Ağsaqqal, ziyalılar Muxtar İbrahimovun mütləq qalib olacağını xüsusi vurğuladılar.
Diaspor info
1 340