Çadın devrilmiş prezidenti Hissein Habre epidemiya səbəbindən ev həbsi altında
Seneqalda ömürlük cəza çəkən devrilmiş Çad prezidenti Hissein Habre'yə, yeni növ koronavirus səbəbindən amnistiyası altında müvəqqəti olaraq ev həbsi verilib.
Seneqal Prezidenti Macky Sall Dakardakı Cap Manuel həbsxanasında həbs edilən və səhhətində problem olan 78 yaşındakı Habre'nin Covid-19 səbəbiylə 60 gün ev həbsində olmasına qərar verib. Diaspor.info bunu xarici KİV-lərə istinadən xəbər verir.
Çadda olduğu müddətdə insanlığa qarşı cinayətlər törətdiyinə görə məsuliyyət daşıyan və 2017-ci ilin aprel ayında Seneqalın paytaxtı Afrika Birliyinin xüsusi məhkəməsində ömürlük həbs cəzasına məhkum edilən Habre'nin vəkillərinin vəsatətindən sonra sərbəst buraxıldığı bildirilir.
Xatırladaq ki, 1982-ci ildə ölkəsində çevrilişlə hakimiyyətə gələn Habre, Çadın hazırkı prezidenti İdris Debi Itno tərəfindən devrilib.
3 il sonra 1990-cı ilin dekabrında Seneqalda həbs olunan Habre, vəzifədə olduğu müddətdə "bir çox insanın öldürülməsi, yoxa çıxması və işgəncə verilməsində" məsuliyyət daşıyır.
Müəllif: Aysel Məmmədova