Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Bol TV-yə müsahibə verib.
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Bol TV-yə müsahibə verib. Diaspor.infonun verdiyi məlumata görə, səfir iki ölkə liderlərinin diqqət və qayğısı sayəsində son dövrdə Azərbaycan-Pakistan münasibətlərinin inkişaf etdiyini bildirib.
O, ikitərəfli münasibətlərin həyata keçirilməsi üçün planlaşdırılan bəzi təşəbbüslərin pandemiya səbəbindən təxirə salındığını qeyd edib. Səfir planlaşdırılan bütün layihələrin pandemiyadan dərhal sonra həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Əli Əlizadə ticarət, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən, Azərbaycanın iştirakı ilə həyata keçirilən qlobal layihələrdən danışıb və Pakistan iş adamlarını Azərbaycanda yaradılan əlverişli iş mühitindən, sənaye və texnoloji parklardan yararlanmağa dəvət edib.
Səfir jurnalistin ikitərəfli münasibətlər və regional məsələlərlə bağlı digər suallarını cavablandırıb.