ABŞ-da COVİD-19 infeksiyasından ölənlərin sayı 30 mini ötüb
ABŞ-da yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 30 mini ötüb.
Diaspor.infonun "REN TV"yə istinadən verdiyi məlumata görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.
Universitetin məlumatına əsasən, hazırda ABŞ-da koroanvirusa yoluxanların sayı 637 716 min təşkil edir. Koronavirusdan 30 826 nəfər ölüb.
Ölüm hallarından 10 899-u Nyu-York şəhərində qeydə alınıb.
Hər iki göstəriciyə görə ABŞ digər ölkələri qabaqlayır.
Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 2 milyonu ötüb, 130 mindən artıq insan ölüb.
308