Donald Tramp: "Çin koronavirusun yayılmasına qəsdən yol veribsə, gözləmədiyi nəticələrlə qarşılaşa bilər"
Çin koronavirus pandemiyasının yayılmasına qəsdən yol veribsə, nəticələrlə qarşılaşa bilər.
Diaspor.info "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Evdə keçirilən brifinq zamanı ABŞ prezidenti Donald Tramp deyib.
D.Tramp bildirib: "Biz araşdırma aparırıq, baxaq, görək araşdırma necə gedəcək. Əgər onlar (çinlilər - red.) şüurlu şəkildə buna yol veriblərsə, onda bunun nəticələri olmalıdır".
Onun sözlərinə görə, baş verənlərə qədər Vaşinqton və Pekin arasında münasibətlər konstruktiv olub: "Biz ticarət razılaşması imzaladıq, Çin bizim fermerlərdən 250 milyard dollarlıq məhsullar alır, biz razılaşmanı imzalayanda münasibətlərimiz yaxşı idi".