"Karantin rejiminin müddətinin artırılması zəruri idi" ÖZƏL-MÜNASİBƏT
"Karantin rejiminin müddətinin artırılması zəruri idi". Bunu DİASPOR.İNFOYA millət vəkili Musa Qasımlı deyib.
"Çünki həm təhlükə sovuşmayıb, həm də ötən bir ayın təcrübəsi göstərdi ki, bəzi insanlar koronavirus pandemiyasının törədə biləcəyi fəsadları yaxşı təsəvvür edə bilmir və tətbiq edilən qaydaları pozurlar. Bilməliyik ki, bizim yaratmadığımız, lakin ondan ziyan çəkən ölkəmizdə karantin rejiminin müddətinin uzadılması vətəndaşların sağlamlığını qorumaq ehtiyacından irəli gəlir. Yaranmış şəraitdən çıxmaq üçün bütün yük indiyədək bu işləri bacarıqla görən hakimiyyət orqanlarının üzərinə düşür. Vətəndaş da qaydalara ciddi riayət etməklə həm özünü, ailəsini, yaxınlarını qorumalı,həm də ümumi işə kömək etməlidir. Kömək etməyən bəzi şəxslərin və qrupların ( onsuz da millət bunu onlardan heç gözləmir də) yaranmış şəraitdən yararlanmağa çalışmalarının adı bəllidir", - deyə, M.Qasımlı fikrini tamamlayıb.
Müəllif: Ceyhun Rasimoğlu