"Sizin uzaqgörən siyasətinizi hər zaman dəstəkləyirik" - PREZİDENTƏ MƏKTUB
Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. Diaspor.info xəbər verir ki, Bərdə rayonundan Toğrul Şahtaxtinski yazır:
Möhtərəm cənab Prezident.
Dünyada yayılmış koronavirus pandemiyasinin ölkəmizdə də geniş vüsət almasının qarşısının alınması, tərəfinizdən vaxtında verilmiş qərarlar və qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizin milli təhlükəsizliyi və xalqımızın sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə özümün və ailəmin adindan Sizə dərin minnətdarlığımı bildirirəm. Hər zaman olduğu kimi, bu istiqamətdə də dünya ölkələri Azərbaycan praktikasindan bəhrələnir. Sizin sayənizdə Azərbaycan bu gün pandemiya ilə mübarizədə aparılan test sayına və operativliyə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bəyənilir, inkişaf etmiş ölkələri qabaqlayaraq ön sıralarda dayanmışdır. Bunlar hamısı Sizin uzaqgörən siyasətinizin, xalqa və dövlətimizə olan sevginizin nümunəsidir. Karantin dövründə insanların evdə oturaraq əməkhaqqlarını almaqları, aztəminatlı ailələrə olunan yardımlar, sahibkarlara edilən dəstək Sizin hər zaman Azərbaycan vətəndaşının, sahibkarının yanında olmağınızdan xəbər verir. Ən qısa zamanda daxili tələbatı ödəmək üçün spirt və maska istehsalı, yeni tikilmiş xəstəxananın koronavirus xəstələrinin istifadəsinə verilməsi, Sərəncamınıza əsasən modul tipli xəstəxanaların qısa zamanda tikilməsi güclü lider, dayanıqli siyasət, dinamik inkişaf və inkişaf etmiş Azərbaycandan xəbər verir. Bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqi sizi sevir. Sizin uzaqgörən siyasətinizi hər zaman dəstəkləyirik. Biz birlikdə güclüyük!