Dövlətin öz əhalisi ilə necə dialoq aparmalı olması məsələsində Azərbaycan nümunə göstərir - Ukraynalı jurnalist
Azərbaycan dövlətin öz əhalisi ilə necə dialoq aparmalı olması məsələsində nümunə göstərir.
Diaspor.info xəbər verir ki, ukraynalı jurnalist, ictimai xadim Marina Qonçaruk AZƏRTAC-a müsahibəsində bu haqda danışıb. O deyib: “Azərbaycan koronavirusun yayılmasına qrşı mübarizə üçün çox mühüm qərarlar qəbul edib: koronavirusla mübarizənin dəstəklənməsi üzrə xüsusi fond yaradılması, “Yeni klinika”nın açılışı, aztəminatlı şəxslərə, pensiyaçılara kömək üzrə sosial layihələrin reallaşdırılması, bu layihələrin reallaşdırılmasına könüllülərin cəlb edilməsi”.
O qeyd edib ki, Azərbaycan dövləti gözlənilməz vəziyyətlərdə informasiya işinin təşkili sahəsində də nümunədir, əhali həm görülən tədbirlər barədə məlumatlandırılır, əhalinin lüzumsuz təlaş keçirməsinin və dezinformasiyanın qarşısı alınır.
Jurnalist daha sonra deyib: “Təəssüf ki, dünyanın müxtəlif guşələrində insanlar koronavirusa yoluxmasından şübhələndikləri adamlara və COVID-19 ocaqları hesab edilən ərazilərin nümayəndələrinə qərəzli, aqressiv münasibət nümayiş etdirirlər. Mən şadam ki, Azərbaycanda hakimiyyət nümayəndələri daim əhali ilə işləyir, izah edirlər ki, təlaş üçün səbəb yoxdur, amma dövlət tərəfindən müəyyən edilmiş qaydalara riayət etmək vacibdir. Mənim fikrimcə, əhali ilə daim ünsiyyətdə olmaq, izahat işi bəzən öz həyəcanlarının öhdəsindən gələ bilməyən insanlara psixoloji köməyin bir növüdür”.