"Vəziyyətin yaxşıya doğru dəyişməsi insanların davranışından asılıdır" - MÖVQE ÖZƏL
Eyyub Hüseynov: "İnsanlar anlamalıdır ki, epidemiyanın ikinci fazası başlaya bilər"
“İstehlakçılar, vətəndaşlar vəziyyəti düzgün anlamalıdırlar və post-karatin zamanında mütləq istehlakçıların, istehsalçıların, mağaza sahiblərinin, iş adamlarının davranışlarında dəyişikliklər olmalıdır”. Bunu Diaspor.info-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, yəni onlar anlamalıdılar ki, epidemiyanın ikinci fazası başlaya bilər: “Ona görə hökumətin və Ümumdünya Səhiyyə Təşkilatının təyin etdiyi məsafə məsələsinə, ümumi karantin qaydalarına mütləq şəkildə diqqət yetirməlidirlər. Biznes sahibləri elə bir şərait yaratmalıdır ki, həmin biznes quruma daxil olan şəxslər dezinfeksiya olunsun, lazım gələrsə pulsuz maskalar paylansın. Vəziyyətin yaxşıya doğru dəyişməsi insanların davranışlarından, karantin rejiminin tələblərinə əməl etmələrindən asılıdır. Vətəndaşlar karantin rejiminin yumuşaldılmasından sui-istifadə edilməməlidirlər”.
Müəllif: Aysel Məmmədova