"Tibbi və iqtisadi nəticələrin pisləşəcəyindən qorxuram" Mark Sukkerberq
Facebookun direktoru Mark Sukkerberq, COVID-19 pandemiyası səbəbiylə ABŞ-da tətbiq olunan məhdudlaşdırıcı tədbirləri tələsik qaldırmağın mənfi nəticələri barədə xəbərdarlıq edib. Diaspor.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mark elə Facebookda yazıb.
Karantin, Amerika iqtisadiyyatının bütün sektorlarının işini demək olar ki, tamamilə dayandırıb, hansıki, bunun 70% -ə qədəri xidmət sektorudur. Bir ay ərzində 22 milyon insan işsiz qalıb. Mart ayının sonunda dəstək üçün ayrılan görünməmiş məbləğlər də tez bitib.
"Mövcud məhdudiyyətlər sosial bir təcrid xərci ilə nəticələnsə də, infeksiya səviyyəsinin ən aşağı səviyyəyə enməsindən əvvəl bəzi yerləri çox tez açmağın gələcək infeksiyalara zəmanət verəcəyini və uzun müddətli tibbi və iqtisadi nəticələri pisləşdirəcəyindən qorxuram", deyə Mark Facebookda yazıb.
Müəllif: İnam Hacıyev