"Zirvə görüşündə Azərbaycanın dünyada söz sahibi ölkə olduğu göründü" AÇIQLAMA -ÖZƏL
“Azərbaycanın son aylar mütəmadi hərbi təlimlər keçirməsi və cəbhə xəttinə yaxın məsafələrdə təşkil edilın həmin təlimlər birbaşa Ermənistan üçün ciddi mesajdır. Artıq, Ermənistan tərəfi bu təlimlərdən ciddi narahatdır”. Bu fikirləri Diaspor.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlar ilə əlaqədar ciddi nəticələrin olmadığını deyən politoloq söyləyib ki, İrəvan Azərbaycanın hərbi təzyiqləri fonunda Moskvanın neytral qalabiləcəyindən narahatdır.
Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri Z. Mnatsakanyanın parlamentdə mərhələli və paket həll variantı üzərində dayanmasına baxmayaraq, erməni tərəfi mövcud hərbi qarşıdurmadan çəkinməyə çalışır.
Polotoloq vurğulayıb ki, Ermənistan rəhbərliyi Qarabağdakı yeni separatçı rəhbərliyi nəzarət altına alıb: “bununla yanaşı Ermənistan danışıqlar prosesində praqmatik həll variantlarına gedəcək siyasi iradəyə malik deyil. Çünki, Rusiya hazırda sabiq DTK sədri Vanestsyanın başçılığı altında Paşinyana qarşı yeni siyasi cəbhə formalşdırır. Vanetsyan Paşinyana qarşı Qarabağ kartından istifadə edərək, onu Qarabağı satmaqda günahlandırır. Göründüyü kimi Ermənistan daxilində siyasi situasiya mürəkkəbdi və Paşinyana qarşı Kreml Qarabağ vasitəsilə onun mövqelərini zəiflətməyə çalışır".
M. Əsədullazdənin fikrincə, Paşinyan üçün çox müərəkkəb və çətin dönəm başlayır: "Ölkə daxilində pandemiyanın vurduğu iqtisadi zərbələr bu ölkədə sosial vəziyyətin ağırlaşmasına və ölkə iqtisadiyyatının çökməsinə gətirəcək. Bununla da Paşinyanın siyasi vəziyyəti gərginləşəcək”.
Politoloq əlavə edib ki, Azərbaycan tərəfi Ermənistanda bu kimi hallara görə ərazilərin işğalda qalmasına səbr edə bilməz: "Qeyd edim ki, Ermənistann müdafiə nazirinin işğal olunuş əraziləriə səfərindən sonra ermənilərin təxribatı genişlənə bilər. Azərbaycan tərəfi əvvəlki günlərdə olduğu kimi işğalçıya qarşı artilleriyadan istifadə edib, ciddi zərbələr endirməlidir. Qoşulmama Hərəkatının videokonfrans şəklində keçirilən Zirvə görüşündə Azərbaycanın dünyada nə qədər söz sahibi ölkə olduğu göründü. Diplomatik müstəvidə bir çox vacib məsələləri öz lehimizə dəyişə bilmişik".
Müəllif: Nailə Məhərrəmova