"Rusiya "qələbə"dən yeni müharibələr təşviq etmək üçün istifadə edir" Pavel Klimkin
Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin Rusiyanın Nasizm üzərində Qələbə Gününü qeyd etmək hüququnun olmadığını söyləyib. Diaspor.info RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə RİA Novosti "Espreso.TV"-yə istinadən yazır.
Pavel Klimkinin sözlərinə görə, Avropa və Ukraynanın İkinci Dünya Müharibəsi ilə bağlı tarixi yanaşmasının "bir daha heç vaxt" prinsipi üzərində qurulduğu iddia olunur. O hesab edir ki, Rusiya tamamilə fərqli bir yanaşma göstərir.
"Rusiya bu gündən yeni müharibələri səfərbər etmək və təşviq etmək üçün istifadə edir", deyə Klimkin bildirib.
Keçmiş nazir əlavə edib ki, ukraynalılar Rusiya Federasiyasının "tarixi təxribatlara" tab gətirməmək üçün ayıq olmalıdırlar.
Xatırladaq ki, Nasist Almaniyası üzərində Ukraynadakı Qələbə Günü, 8 May Anım və Uzlaşma Günü olaraq qeyd olunur. Bu bayram 2015-ci ilin mart ayında təsis edilibdir. Beləliklə, ölkə faktiki olaraq Qərbi Avropa modelinə görə qeyd etmə ənənəsinə qoşulub. Bununla yanaşı, Ukrayna 9 Mayda Qələbə Gününü qeyd etməyə davam edir, bununla belə, müharibənin sona çatmasını qeyd edəcək əsas tədbirlər mayın 8-də keçirilir.
Müəllif: İnam Hacıyev