“Seçkilərinin ləğv ediləcəyi ilə bağlı şayiələr yayılib” İqor Dodon
Moldova prezidenti parlamenti 1 noyabr prezident seçkisi keçirməyə dəvət edəcəyini söyləyib. Diaspor.info RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Moldova prezidenti İqor Dodon, bazar ertəsi keçirdiyi brifinqdə deyib.
"Son zamanlar hakimiyyətin prezident seçkilərini ləğv edə və ya təxirə sala biləcəyi ilə bağlı şayiələr yayılib. Bu şayiələrə son qoymaq üçün, növbəti iclasda parlament çoxluğunu 1 Noyabrın Moldova Prezidentinin seçki günü olaraq təyin edilməsi üçün dəvət etmək qərarına gəldim", deyə Dodon bildirib.
Xatırladaq ki, bir qədər əvvəl o, prezident seçkilərinin 23 oktyabr - 23 noyabr arasında keçirilməli olduğunu söyləyib. Dodon özü hələ ikinci müddətə namizədliyini irəli sürəcəyini təsdiqləməyib, lakin bunu istisna da etmir.
Müəllif: İnam Hacıyev