Bloger və siyasi bürokratlar ŞƏRH
Yaxud AXCP-Müsavat - tullantılar anbarında tozlanmış manekenlər məskəni
Bu gün adlarını "siyasətçi", "müxalifətçi" qoyan və AXCP-Müsavat partiyalarında 27 ildən çox müddət ərzində ancaq bir-birilərini qurşaqdan aşağı söyüşlər deməklə arxivə atıla-atıla xalqın nifrətini birə–on qat artıraraq tullantılar anbarında tozlanmış manekanlar məskanına çevrilməkdədirlər. Və elə bu gün pandemiyanın dünyanı ağuşuna aldığı bir zamanda da yenə də o tozlanmış tullantılar dövlətin apardığı uğurlu nəticələrə həmin sağalmaz viruslar - Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, Gültəkin Hacıbəyli … və bu kimi satqınlar "sülaləsi"nin "evdə qal"a qarşı çıxaraq yalan və böhtanlarından əl çəkmirlər. Hər gün sosial şəbəkələrdən "çıxış yolu mitinq, mitinqdir" deyə-deyə xalqın əsəblərini gərildirlər. Çünki xalqımız AXCP-Müsavt "aktyorlarının" 27 ildir ki, hansı formada olurlarsa olsunlar satmağa öyrənmiş radikal müxalifət nümayəndələrinin "beşinci kolon"unun bu gün Azərbaycanda milli maraqları satmağa xidmət etdiyinin şahididirlər. Çünki məhz bu "beşinci kalon" aldığı sifariş əsasında Avropada baş vermiş maliyyə kredit, iqtisadi böhranından sonra bir sıra Avropa dövlətlərinin maraqlarının təmin olunması üçün bir növ onların Azərbycandakı təzyiq qrupu rolu və funksiyasını yerinə yetirir. Və baş verənlər göstərir ki, “beşinci kalon” koronavirusu özü üçün xoşbəxtlik kimi qəbul edir, Azərbaycan hakimiyyətinin uğurlu addımlarını isə, insanların guya hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi adlandırırlar. Lakin anlamaq lazımdır ki, Azərbaycan dövlətinin bu uğurul inkişafına qarşı heç bir qüvvə çıxa bilməz.
Çünki dövlətimiz üçün Azərbaycan vətəndaşının sağlamlığını hər şeydən üstün tutur. Prezident İlham Əliyev: "Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır" deyərək bildirib ki, bütün qalan məsələlər ikinci dərəcəli məsələlərdir: "Bütün qalan məsələlər ikinci dərəcəli məsələlərdir, o cümlədən iqtisadi inkişafla bağlı olan məsələlər. Halbuki biz bu məsələlərə də mütləq lazımi fikir verməliyik. Çünki insanların həm sağlamlığı, həm rifahı, ümumiyyətlə, Azərbaycanda sosial sahədə əsas məsələlərdən biridir. İnsanların sağlamlığına aid olan bütün məsələlər bu gün Azərbaycanda öz həllini tapır və əsas məqsəd, bir daha demək istəyirəm ki, pandemiyanın miqyasını nəzarətdə saxlamaqdır. Biz, ilk növbədə, buna nail olmalıyıq. Bir daha demək istəyirəm ki, burada əsas amil vətəndaşların məsuliyyətidir”.
Hafiz Hacıyev: “Əli Kərimli kimi mənəviyyatsız və satqın virusların qırılması daha yaxşıdır"
Bu fikri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev dünyanı ağuşuna alan koronavirus pandemiyasından istifadə edərək ölkədə sabitliyi pozmaq istəyən AXCP Əli Kərimlinin, Müsavat Partiyasının başqanı Arif Hacıyevin, "Milli Şura"nın əl kuklası Cəmil Həsənlinin, müxalifətin minsifətlisi, satqın Gültəkin Hacıbəylinin karantin zamanında da əsl simalarını göstərdiklərini bildirib: "Bu satqınlar həmişə satıblar, satılıblar. Onların məqsədi Azərbaycanda hamının qırılmasına çalışmaqdır. Bu nədən irəli gəlir? Sözsüz ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti, uğurları. Bu satqın və əxlaqsızlara xalq nifrət edir, əlacları sosial şəbəkələr olur. Bir baxın, sosial şəbəkələrdən də xalq nifrətini bildirir. Bu satqın Kərimli Əli və AXCP sədrinin "əl kuklası", yaşına qiymət verməyən Cəmil Həsənli, minsifət Gültəkin Hacıbəyli… kimilər hələ də anlamırlar ki, xalq onları çoxdan arxivin zibilxanasına atıb. Çünki xalq ölkə başçısın hakimiyyətdə olduğu son 17 il ərzində hər bir vətəndaşın qayğısına qaldığının şahidi olub. Və bu gün xalq koronavirus pandemiyasından istifadə edərək ölkədə sabitliyi pozmaq istəyən bu satqın qüvvələrə, "beşinci kolon" satqınlarına xəbərdarlıq edərək tezliklə onların cəzalandırılması tələbini irəli sürürlər. Mən də bu çağırışa tərəfdar olaraq tələb edirəm: "Çünki bunlar –Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli kimi viruslar xaricdən idarə olunanlardır. Və ölkə başçısı onları "beşinci kolon" adlandırmaqla bir daha göstərdi ki, xalq belələrini çoxdan tarixin zibilxanalarına atıb. Bu virusların məqsədi Azərbaycanda hamının bu xəstəliyə tutulması və öz çirkin əməllərini həyata keçirməkdir. Ancaq Azərbaycan xalqı ağıllı xalqdır, ağı-qaradan seçməyi bacarır. Bu gün bizim düşmənlərimiz çoxdur, həm xaricdə, həm də ki, daxildəki belə naqislər Azərbaycan dövlətinə çox böyük zərbələr vurmağa çalışırlar. Biz belələrinə imkan verə bilmərik ki, bu ab-havanı dəyişsinlər və bu işlərin həyata keçirilməsi üçün bizə ciddi sabitlik lazımdır. Və satqınlara xəbərdarlıq edərək bildirirəm ki, çəkilib yerlərində otursunlar. Çünki birlik olan yerdə gücülü olursan. Və bu gücün qarşısında Vətənimiz, dövlətimiz daha da güclü olur".
Rəfiqə HÜSEYNOVA