"Prezidentin apardığı siyasət Qərbin diqqətini cəlb edib" ŞƏRH-ÖZƏL
"Azərbaycan Prezidentinin yüksək texnologiyalar sahəsində apardığı siyasət Qərb ölkələrinin və şirkətlərinin diqqətini cəlb edib. CİSCO şirkətinin rəhbərləri ilə video konfransda da Azərbaycan Prezidentinin təşəbbüslərinin dəstəklənməsi ölkəmizin beynəlxalq arenada özünəməxsus yer tutduğunun götəricisi idi". Bu fikirləri DİASPOR.İNFO-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Azərbaycanda yaradılan texnologiya parkları dünyanın aparıcı şirkətlərinin nəzərini Azərbaycana yönləndirib: " Ölkə başçısının texnologiyanın tətbiqi ilə bağlı bütün təşəbbüsləri reallığa çevrilib. Ona görə də praqmatik istiqamətdə atılan addımlar nüfuzlu şirkətlər tətəfindən yüksək dəyərləndirilir".
Politoloq söyləyib ki, Azərbaycanın gördüyü işlər və yeni texnologiyalar sahəsində atdığı effektiv addımlar ölkəmizin müasir çağrışlara cavab verdiyinin göstəricisidir: "Məhz Prezident İlham Əliyevin verdiyi vədlər və elan etdiyi islahatlar sözdə deyil, praktikada özünü göstərir. Ona görə də ölkə rəhbəri İlham Əliyevin bütün təşəbbüsləri diqqətdə saxlanılır və yüksək qiymət verilir. Bundan əlavə, Qərbə inteqrasiya Azərbaycanın piroritet strateji siyasətdir və bu istiqamətdə fəaliyyətimizi daim genişləndiririk".
Müəllif: Nailə Məhərrəmova